İnsanların bir-birlərinə necə zülm etdiklərini görən, hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın işarələrini anlayan və bunlara görə narahat olub sülh, sevgi və hüzur, əmin-amanlıq olan bir cəmiyyət istəyən insanın bütün bu baş verən hadisələrə qarşı laqeyd qalması böyük səhv olar. Hər insan az ya da çox, gücünün çatdığından da çox pisliklərin tək həlli olan Quran əxlaqının yaşanmasında və yaşadılmasında iştirak etməli, yaxşılıq və gözəllik yolunda səy göstərməlidir.
İndiki vaxtda müsəlmanların, insanların razılığını güdmədən, kim nə deyər deyərək düşünmədən Quran əxlaqını insanlara izah etmələri, Peyğəmbərimizin sünnəsinə uyğun olaraq “qınayanın qınamasından qorxmamaları” lazımdır. Bu, Allahın razı olacağı və cənnəti ilə müjdələdiyi əxlaq və təqva əlamətidir.
Ancaq, şeytan yaxşılıq etmək istəyən hər insana mütləq müsəllət olacaq və onları bu qərarından imtina etdirməyə çalışacaq. Şeytanın xeyir iş görmək istəyən insanlara verə biləcəyi vəsvəsələrdən biri də, “Mənim etdiyimdən nə çıxar?” məntiqi ola bilər. İnsan, bütün dünyaya yayılmış olan pisliyi, zülmü, müharibələri, qırğınları düşündüyündə özünü çox zəif və heç bir şeyə güc çatdıra bilməz biri olaraq görə bilər. Halbuki, əsas olan iş tam fərqlidir. Hər şeydən əvvəl dünyaya sülhü, təhlükəsizliyi, hüzuru, sevgini, mərhəməti, xoşbəxtliyi, insanlığı, dostluğu və anlayışı heç bir insan hakim edə bilməz.
Bunu nə bir insan, nə bir birlik, nə də başqa hər hansı bir güc təmin edə bilməz. Bunu reallaşdıracaq olan, hər şeyə güc çatdıran, sonsuz qüdrət sahibi, hər kəsin qəlbindən, düşündüyündən, söylədiyindən xəbərdar olan Rəbbimizdir.
İman edənlərin bu yolda çalışması isə onların saleh və təmiz niyyətinin göstəricisidir. Bəlkə birinin dediyi gözəl bir söz, bir başqasının xoş rəftarı, digərinin səbri və əzmi digərlərinə nümunə olacaq və onların qəlbini Quran əxlaqının gözəlliyinə isidəcək və yaxşıların sayı beləcə artacaq. Bunlar iman edənlərin Rəbbimizə olan qulluq vəzifələrini yerinə yetirmək üçün sərf etdikləri səyin hissələridir.
Lakin, unutmaq olmaz ki, yaxşıları gücləndirəcək, yer üzünə gözəlliyi hakim edəcək olan Allahdır. Buna görə də, “Mənim səyimdən nə olar?” demək şeytanın vəsvəsəsidir və bu səsə uyanlar məsuliyyətdən qaçmış olarlar.
Hər insanın gözəl əxlaqlı və vicdanlı insan olduğu müddətcə yaxşılıq və xeyir adına edə biləcəyi bir çox gözəl şey vardır. Məsələn, çox ağır yük qaldırılacağı zaman, yükün ətrafında olan on beş adamdan yalnız dördü yükün altına girsələr və digərləri “biz onsuz da zəif, gücsüz insanlarıq, bizim köməyimizdən nə olar” deyə kənarda dayansalar bunun məqsədəuyğun qərar olmayacağı aydın olur. Ancaq on beş adamın on beşi də yükün altına girsə və hər biri gücünün çatdığı qədər yükü qaldırsa o dörd adamın çiynindəki ağırlıq çox yüngülləşəcək. Kimin nəyi nə qədər etdiyi deyil, gücünü nə qədər istifadə etdiyi əhəmiyyətlidir.
Allah Quranda heç kimə gücünün çatmadığı bir yüklə yüklənməyəcəyini bildirərək, onsuz da hər yaxşı insan üçün asanlıq etmişdir:
Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. (Muminun surəsi, 61-62)
İslam dininə xidmət etmək istəyən insanlar da, maddi və mənəvi problemlər, çətinlik və nöqsanlarla qarşılaşa bilərlər. Lakin, bütün bu çətinlikləri yaradan da aləmlərin Rəbbi olan Allahdır və insan bu şərtlər altında necə əxlaq göstərəcəyi ilə sınağa çəkilir. Əhəmiyyətli olan, hər şeyin xeyir tərəfini görmək və əldəki bütün imkanlarla Allahın dininin yayılması üçün səy göstərməkdir.
Aşağıda imkanlarının məhdud olduğunu, zaman tapa bilmədiklərini, fiziki cəhətdən xidmət edə bilmədiklərini düşünən insanlara bəzi yollar göstərilir, tövsiyələr edilir:
Vaxtım yoxdur deyə düşünürsünüzsə;
- Televiziya qarşısında keçirdiyiniz boş saatlardan vaxt qənaəti edə bilər, bu vaxtları ətrafınızdakılara Quran əxlaqını izah (təbliğ) etmək üçün istifadə edə bilərsiniz.
- Sizə fayda verməyəcək seriallardan, maqazin proqramlarından uzaq dura bilər, bu vaxtları İslam əxlaqını izah edən əsərləri oxumaq, saytları araşdırmaq üçün sərf edə bilərsiniz.
- Boş və gərəksiz söhbətlərdən özünüzü uzaq tutaraq vaxt qazana bilərsiniz.

