‘Ya mənim dinimə dön, ya da öl!’ – bu, xurafatçıların şüarıdır

Ya mənim dinimə dön, ya da öl!” – bu, xurafatçıların şüarıdır

“Ya mənim dinimə dön, ya da öl!” – bu, xurafatçıların şüarıdır. Xurafat dinində demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, fədakarlıq və s. kimi anlayışlar yoxdur. Bəzi insanlar xurafatın və bundan irəli gələn radikalizmin hər hansı bir haqq dinin tərkibində olduğunu zənn edirlər. Halbuki xurafat ayrıca bir dindir. Hər düşüncədə xurafat dininin təmsilçiləri vardır. İslam, musəvilik və xristianlıq dinlərində olduğu kimi, marksizm, faşizm və ateizmdə də xurafatçılar çoxdur. Onların hamısı eyni batil dini müdafiə edirlər: “Sənin fikrini qəbul etmirəm, ya mənim fikrimi qəbul et, ya da məhv ol get!”

Xüsusilə son dövrlərdə bu azğın din ən çox “İslam” dini kimi tanınmağa başlanmışdır. Bir çoxları xurafata “İslam” adını qoyublar və bu dinə qarşı münasibətlərini İslama yönəldiblər. Dünyanın hər yerində islamofobiyadan danışırlar. İnsanlar qorxularının İslamdan deyil, xurafatdan qaynaqlandığını anlamırlar. Xurafatçıların qurduqları dinin İslam adından ortaya çıxdığını görmürlər. Çünki heç kim İslam dininin belə olmadığından bəhs etmir. İslam adından ortaya çıxan radikallar da, onlardan qorxanlar da həqiqi İslamın bu sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını göstərmirlər. İslamçı radikallar bütün dünyaya, ən çox isə müsəlmanlara zərər verməyə davam edirlər.

Tolerantlıq anlayışı da buna görə ortaya atılmışdır. Sanki həm vəhşiliyə əsaslanan, həm də tolerant olan İslam modeli varmış kimi, radikalizmə qarşı çıxan dindarlar tolerant müsəlmanlar kimi tanınmağa başladı. İslam əleyhdarları tolerant dini müdafiə edənləri təqdir etdilər, lakin onların radikallara nisbətən çox zəif olduqlarının şahidi oldular. Elə zənn etdilər ki, bəzi sülh tərəfdarı olan insanlar vəhşilik dinini yumşaltmağa çalışırlar (İslamı tənzih edirəm). Hətta buna İslamda islahat deməyə başladılar və tolerant dindarları da islahatçı adlandırdılar. Halbuki bunun islahat deyil, həqiqi İslam olduğunu göstərən olmadı. İslam əleyhdarları islahatçıları tərifləsələr də, radikalların şiddət əməllərinə və onların İslamı təmsil etdiklərinə daha çox inandılar.