Xurafatçıların kirli din və keyfiyyətsiz müsəlman anlayışı

Xurafatçılığın gətirdiyi keyfiyyətsizlik

Xurafatçıların müxtəlif uydurma hədislərin təsiri ilə hər növ iyrəncliyi mənimsəyən həyat tərzləri ilə birlikdə keyfiyyətsizliyi də gətirir. Elə buna görə də, ümumiyyətlə, İslam cəmiyyətlərinin bir hissəsinə keyfiyyətsizlik anlayışı hakimdir. Bu keyfiyyətsizliyə görə ortaya baxımsız, estetika anlayışı olmayan, nəzakətli olmağa əhəmiyyət verməyən və kobud bir müsəlman modeli çıxır. Diqqət yetirdikdə görünür ki, həmin cəmiyyətlərdə müsəlman dedikdə belə bir görüntünün hakim edilməsinə çalışılır.

Xurafatçıların keyfiyyətsiz və qorxunc həyat forması heç də sürpriz sayılmır. Qadınların qaş almağını qadağan, yeməkdən sonra əlini yumağın yerinə yalayan, içinə milçək düşən yeməyin şəfa olduğunu iddia edən insanlardan keyfiyyət gözləmək mümkün deyil. Saxta hədislərin formalaşdırdığı saxta din anlayışı o qədər geniş yayılıb ki, gözəl və kübar görünən bir müsəlman xurafatçılardan mənfi reaksiya görür.

İslam adından oynanılan bu oyun bütün İslam topluluqlarını əhatə edir və bu da öz növbəsində digər cəmiyyətlərin narahatlığına zəmin yaradır.

Halbuki Quranda möhtəşəm keyfiyyət anlayışı vardır. Peyğəmbərimiz (s) Quranın mükəmməl tətbiqçisi kimi dövrünün ən keyfiyyətli və ağıllı adamı idi. Daim təmiz idi və geyimləri göz oxşayırdı. Eyni zamanda çox nəzakətli idi. Peyğəmbərimiz əgər bu gün yaşasa idi, sözsüz ki, yenə də dövrün ən keyfiyyətli insanı olardı. Çünki Peyğəmbərimizin (s) rəhbəri Quran idi və Quran hər dövrdə ən üstün keyfiyyətə xitab edir.