Xurafatçıların incəsənətə olan nifrəti

Qadınları Qurandan uzaq tutan uydurmalar

Dinin əsası olan Quranı deyil, yalnız öz qaranlıq düşüncə və məntiqlərini qəbul edən xurafatçılar xüsusilə qadınları Qurandan, ibadətdən, təbliğdən uzaq tutmaq üçün minlərlə yalan uydurublar. İslam cəmiyyətlərinin Peyğəmbərimizin (s) dövründən qısa zaman sonra pozulmağa başlamağının ən əsas səbəblərindən biri, bu cəmiyyətlərin Qurandan uzaqlaşması və bunun nəticəsi olaraq da qadına qarşı müxtəlif təhqirlər formalaşdırdılar. Bu yanlış düşüncəyə görə İslam topluluqları geriləməyə başladı. Buna ikinci təsir də olmuşdur: Xurafatçıların incəsənətdən nifrət etməsi.

Ayədə Rəbbimiz halalları haram edənlərdən bəhs edir:

“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.” (Nəhl surəsi, 116)

Əlbəttə, dövrümüzdə haramlara əhəmiyyət verməyib Allahdan qorxmayan insanlar vardır. Lakin ayədə bildirilən və Allahın halal etdiklərini din adından haram edənlər başqa kateqoriyanın mənsubudurlar. Bu adamlar Quranın izin verdiyi şeyləri qadağan edir, insanların əllərindən azadlığını almağa çalışır, Qurandakı dini bəyənməyib yeni din yaratmaq niyyətindədirlər.

Bu adamlar Quranda təriflənən və bəyənilən sənət, sevinc və yumor kimi anlayışları da haram ediblər.