Xurafatçı murdarlığı

Milçək haqqında uydurma hədislər

Sizdən birinizin yeməyinin və ya suyunun içində milçək düşəndə, onun hər tərəfini batırıb çıxarsın. Çünki milçəyin bir qanadında xəstəlik, o birində isə şəfa var… (“Diyanet” nəşrləri, cild 9, səh.70. Hədis 1365)

İbn Abbas (rə) rəvayət edir: Rəsulullah buyurdu ki, biriniz yemək yeyəndə yalamadıqca və ya yalatmadıqca əlini silməsin. (Buxari, Ətimə 52, Müslim, Əşribə 129, (2031); Əbu Davud, Ətimə, 52, (3847))

Rəsulullahdan yağa düşən siçan haqqında soruşdular. O buyurdu: “Onu və ətrafındakı qismi atın, yağı yeyin!” (Buxari, Vüdu, 67, Zəbaih, 34; Müvətta, İstizan 20, (2, 971, 972); Əbu Davud, Ətimə 48, (3841, 3843))

Burada yalnız bir neçə nümunəsi verilən saxta hədislər xurafatçı zehniyyətin insanlara nə qədər murdar həyat verdiyinin əhəmiyyətli dəlillərindəndir. Xurafatçılar bu cür uydurma hədislərlə Peyğəmbərimizə belə iftira atacaq qədər cəsarət ediblər. Bu və buna bənzər uydurma hədislər eyni zamanda xurafatçıların təmizlik anlayışlarının necə olduğundan xəbər verir. Allah belə bir iyrəncliyə əsla izin verməmişdir. Qurana əsasən, müsəlmanlar təmizkar olmalı, evlərini səliqəli saxlamalı, gözəl geyinməli və təmiz yeməklər yeməlidirlər. Qurana əsasən, müsəlmanlar təmiz, müşriklər isə murdardırlar. Qurandan kənar həyat sürən, Allahın nazil etdiyindən fərqli din uyduran və buna görə də şirk içində olan xurafatçılar bu təsvirə tam uyğundurlar.

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar… (Tövbə surəsi, 28)

… O, təfəkkür etməyənləri əzaba düçar edər. (Yunis surəsi, 100

I Göründüyü kimi, Allah ayələrdə anlamayan topluluqdan bəhs edir. Bu ifadə xurafatçıları çox yaxşı təsvir edir. Quran kitabı əllərində olduğu halda, ortaya başqa din çıxaran və bunun saxta olduğunu bilərək ağıllı davranmayanlara Allah iyrənclik nəsib edir. Bu, doğrudan da, belədir; xurafatçılar ağılsızlıqları ucbatından yuxarıda verdiyimiz hədislərə inanır və beləcə, murdar həyat yaşayırlar.

Əlbəttə, aralarında məlumatsızlıqdan dolayı buna inanan adamlar da vardır, hansı ki onlar çoxluq təşkil edirlər. Onları həmin ağılsız xurafatçılarla eyni tutmaq olmaz.

Qurana əsasən, Allah müsəlmanlardan qüsursuz şəkildə təmizlik anlayışına malik olmalarını istəyir. Quranda müsəlmanları təmizliyə çağıran ayələrdən bir neçəsini qeyd edirik:

Geyimini təmiz saxla! Pis şeyləri tərk et! (Müddəssir surəsi, 4-5)

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)

… İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir. (Tövbə surəsi, 108)

Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin! (Bəqərə surəsi, 172)

İman gətirib saleh əməllər işləyənləri isə altından çaylar axan, içində əbədi məskunlaşacaqları cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır… (Nisa surəsi, 57)

Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi”… (Maidə surəsi, 4)

Bu gün pak nemətlər sizə halal edildi… (Maidə surəsi, 5)

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər… (Əraf surəsi, 157)

Bir zaman Biz İbrahimə evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” (– demişdik.) (Həcc surəsi, 26)