Xurafat təhlükəsi

Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin yaşadığı İslamdan çox fərqli

Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin yaşadığı İslamdan çox fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. İndi xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli inanca çevrilmişdir. Çünki xurafatda Quran deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edirlər. Peyğəmbərimiz də Axırzamanda xurafatçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox böyük təhlükə olduğunu hədislərində xəbər vermişdir:

“Elm, alimlərin yox olması (vəfat etmələri, Allah qatına qaldırılmaları) ilə aradan qalxar. Ortalıqda heç bir alim qalmaz. Nəhayət, insanlar cahilləri özlərinə rəhbər və lider edərlər, məsələlərini onlardan soruşarlar. Onlar elmə əsaslanmadan xalqa fətva verər, həm özü azar və həm də xalqı azdırar.” (Buxari, 7307; Müslim; Elm 13, 2673; Tırmizi, Elm 5, 2652)

  • Xurafatçılar İslam dininin təməli olan sevgi və sülhə düşməndirlər

Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxırlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısaca Allahın yaratdığı hər gözəllikdən nifrət edirlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbindən fanatik və anlayışsızdırlar. Buna görə də hər cür gözəlliyə, estetikaya, incəsənətə, elmə, sevincə, xoşbəxtliyə, hətta həyata düşməndirlər. Sevginin olmadığı, nifrətin və kinin hakim olduğu, təmizliyə, incəsənətə və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan edildiyi, qadınlara və uşaqlara amansız bir kin duyan bu sistem, əslində şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bir bəladır. Bu zehniyyətin hakim olduğu bir dünya cəhənnəm kimi darıxdırıcı və qaranlıqdır. İnsanlar xurafatçılığın bu şəklindən çəkinirlər. Halbuki, həqiqi İslam dini sevgini, dostluğu, qardaşlığı, köməkləşməyi, bağışlayıcı olmağı, qısaca gözəl olan hər əxlaq xüsusiyyətini əmr edir. Uca Allah bir ayədə İslam dininin sevgi və köməkləşmə xüsusiyyətini belə xəbər verir:

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlbində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

  • Xurafatçılar əsl sevgidən uzaq həyat yaşayırlar

Xurafatçı, heç kimi sevməz, özü də sevilməz, çünki hər kəs xurafatçının məntiqindən və həyat şəklindən, düşüncə tərzindən nifrət edər. Xurafatçılar öz aralarında belə bir-birlərindən nifrət edərlər. Buna görə də öz aralarında davamlı olaraq ayrılıq və düşmənçilik çıxarırlar. Heç vaxt birlik içində, rahat və xoşbəxt şəkildə yaşaya bilmirlər. Həqiqi İslamı yaşayan müsəlmanlar isə şən, sevgi dolu, şəfqətli, səmimi, demokratiya və azadlığı müdafiə edən, müasir və irəli fikirlidirlər. Üstün əxlaqlarına görə çox sevildiklərindən xurafatçılardan tamamilə fərqli olaraq möminlərin həyatı canlı olur.

  • Xurafatçılar incəsənət və estetika anlayışından məhrumdurlar

Xurafatçılar, Quranda olmayan əmrləri İslam dininə daxil etməyə çalışırlar. Quranda öz xurafatlarına uyğun gəlməyən hökmləri və əmrləri də rədd edirlər. Onlar üçün Quranda bütün gözəlliklərin təriflənməsi, incəsənətin, elmin təşviq edilməsi böyük kin səbəbidir.

Gözəlliklərdən və estetikadan zövq almaq dərin imanlı insanlara aid xüsusiyyətdir. Allah insanın ruhunda, gözəlliyə qarşı həssaslıq hissi yaratmışdır. Ancaq bu estetika anlayışının ortaya çıxması və inkişafı, insanın imanı və ağlı ilə düz mütənasibdir. Möminlər qarşılaşdıqları bütün gözəllikləri yaradanın Allah olduğunu bildikləri üçün bu gözəlliklər qarşısında həyəcan keçirirlər. Onlara bunların hamısını təqdim edən Allahın gücünü və sənətini gərəyi kimi təqdir edə bilməyə çalışırlar. Cənnətə qarşı duyduqları həsrət də gözəlliklərdən zövq alma qabiliyyətlərini artırır. Allahın Quranda xəbər verdiyi cəhənnəm mühitini düşünüb müqayisə etdikdə isə ruha zövq verən estetikanın dəyərini daha yaxşı qavrayırlar.

  • Xurafatçılar qadın düşmənidirlər

Xurafatçılar insana dəyər vermir, canlı heç bir varlığa əhəmiyyət vermirlər. Ruhlarında heç bir incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçılar qadından da nifrət edirlər. Xurafatçıların başlıca xüsusiyyətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına ikinci dərəcəli varlıq rəftarı etmək xurafatçılığın əsas xüsusiyyətidir.

Allah Quranda qadınların cəmiyyət içərisində qorunub himayə edilməsini, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınması lazım olan tədbirləri bildirmişdir. Peyğəmbərimizin Quran ayələrini həyata keçirərək tətbiq etdiyi bütün davranışlar da qadınların lehinədir və o hər zaman qadınların zərər görmələrinin, əzilib incidilmələrinin qarşısı alan tədbirlər görərdi. Peyğəmbərimizin həyat yoldaşlarına və əshabındakı xanımlara göstərdiyi gözəl davranış şəkli bütün müsəlmanların qadınlara olan dünyagörüşlərini təyin edəcək ən gözəl nümunədir. Quranda qadınlara verilən dəyər bir ayədə belə bildirilir:

Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21)

  • Xurafatçılar səmimiyyət və dürüstlükdən uzaqdırlar

“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.” (Nəhl Surəsi, 116) ayəsində bildirildiyi kimi, xurafatçıların saxtakarlıqlarını örtə bilmək üçün ən çox müraciət etdikləri yollardan biri də Allah adına yalan danışmaqdır. Əslində xurafatçılar hər mövzuda yalan danışmağı vərdişə çeviriblər. Dini, olduğundan daha çətin göstərmək üçün dində olmayan mövzuları varmış kimi göstərirlər və ya dində olanları dində yoxmuş kimi tanıdırlar.

Özlərini daha təqva göstərmək üçün halal olan şeyləri özlərinə və ətrafına haram edirlər. Halbuki, Allah halal və haram etdiyi hər mövzunu Quranda açıqlanmışdır. Bu səbəbdən də həqiqi İslam əxlaqını yaşayan şəxslər yalnız Qurandakı haram və halallara tabe olurlar. Allahın sərhədlərini qoruma mövzusundakı bu cəhdləri onları dürüst və səmimi edir. Bu şəxslər xurafatçılardan fərqli olaraq, doğru sözlü olduqlarını sübut etmək və ətrafındakı insanları razı salmaq üçün xüsusi səy göstərməyə ehtiyac duymurlar. Yaşadıqları səmimiyyətin, Allahın izni ilə hal və rəftarında da əks olunacağını bilirlər. Həqiqi İslam anlayışına sahib olan bir adamın baxışından, üz ifadəsindən, səs tonundan, üslubundan, hadisələri izah etmə şəklindən bu səmimiyyəti açıq şəkildə aydın olur.

  • Xurafatçılıq tarix boyunca İslamiyyətə zərər vermişdir

Dünyada İslam adına ortaya çıxan, sevgidən, mərhəmətdən uzaq, elm, incəsənət, gözəllik və estetikaya qarşı olan, müharibələr törədən, zülm edən, öldürmə və qan tökmə məqsədində olan müsəlman modeli, bəzi insanların İslam dini haqqında yanlış düşüncəyə gəlməsinə səbəb olur. Onlar, İslam adına ortaya çıxarılan xurafatçı zehniyyəti İslam zənn edirlər. Bu qan tökən azğın sistemin, əslində İslam ilə əlaqəsinin olmadığını, hətta İslama tamamilə müxalif həyat şəkli olduğunu bilmir, xurafatçıların izah etdikləri və yaşadıqları bu modeli İslam dini zənn edərək bundan qorxurlar. Həqiqi İslam və müsəlmançılıq isə Allahın Quranda bildirdiyi, Peyğəmbərimizin təbliğ etdiyi İslamdır. Bu səbəbdən çox şəfqətli, sevgi dolu, qoruyucu, əsalətli, incəsənətə, estetikaya, gözəlliyə, təmizliyə, nəzakətə çox dəyər verən İslam anlayışının ən ideal həyat şəkli olduğunun bilinməsi çox əhəmiyyətlidir.

Xurafatçılıq təlqin edildiyi üçün üstün İslam əxlaqının bir cəmiyyətə gözəlliklər gətirəcəyi bəzi insanlar tərəfindən qəbul edilmir. Halbuki, Uca Rəbbimizin Quranda bildirdiyi əxlaq, təzyiqdən və məcburiyyətdən uzaq, sevgiyə, hörmətə, xoş münasibətə, ədalətə əsaslanan üstün bir əxlaqdır. Bu üstün fəzilətlərin yaşanması ilə Allahın izni ilə çox yaxında demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh tarixdə misli görünməmiş bir şəkildə bütün dünyaya hakim olacaq, insanlar imanın sevincini, bərəkətini doya-doya yaşayacaqlar.

Ayələrin işarələrindən, Peyğəmbərimizin hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə göründüyü kimi, yaşadığımız dövr Axırzamandır. Axırzamanın əziyyətli, sıxıntılı, çətin günləri hz. İsanın və hz. Mehdinin vəsiləsi ilə bu əsrdə sona çatacaq, dünya yeni bir aydınlıq dövrünə girəcək. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə izah etmək və insanlara Qurandakı və Əsri-Səadət dövründəki İslamı tanıtmaq isə yaxın gələcəkdə qovuşacağımız parlaq günlər üçün çox əhəmiyyətli zəmin hazırlayır. Allah tezliklə bəhs edilən gözəlliklərə vəsilə etsin və “insanların Allahın dininə axın-axın girdiklərini” gördüyümüz günlər tez bir zamanda gəlsin, inşaAllah. Nurun yeganə sahibi olan Allahın bu müjdəsi Quranda belə xəbər verilir:

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)