Alan Butler və Stephen Dafoe təşkilatın bu istiqamətini belə izah edərlər:
“Məbədçilər o dövrdə Avropada bilinməyən ticarət texnikalarını istifadə edən mütəxəssis bankirlər idi. Bu qabiliyyətlərinin çoxunu yəhudi qaynaqlarından öyrənmişdilər. Bununla birlikdə maliyyə imperatorluqlarını böyütmək üçün, o zamanın hər yəhudi bankirinin qısqanacağı, çox böyük azadlığa sahiblərdi.” (Alan Butler, Stephen Dafoe, The Templar Continuum, Templar Books, Belleville-Ontario, 1999, səh. 70.)
Sələmçilik qəti olaraq qadağan olmasına baxmayaraq faizlə borc pul verməkdən çəkinmirdilər. Elə bir güc və zənginlik sahibi olmuşlardı ki, heç kim səsini çıxara bilmir, bir tədbir görə bilmirdilər. (Alan Butler, Stephen Dafoe, The Templar Continuum, Templar Books, Belleville-Ontario, 1999, səh. 73.) Nəhayət hərtərəfli azğınlaşdılar, tamamilə idarədən çıxdılar. Papaya və krallara itaətsizlik etməyə, üstəlik onlara baş qaldırmağa başladılar. Nümunə olaraq, bağlanmadan qısa müddət əvvəlki illərində, Fransız Kralı IV Filip həm 1303-cü ildə kömək istədiyində, həm də 1306-cı ildə Malta cəngavərləri ilə birləşmələrini istədiyində rədd etdilər. (Langlois, in Deux Mondes, cild 103; Henry D. Funk, “The Trial Of The Knights Templar”, The Builder, 1916.)
Səyahət etmək 12-ci əsrdə olduqca təhlükəli əməliyyat idi. Hər hansı səfər əsnasında hər an quldurlarla qarşılaşma ehtimalı mümkün idi. Ticarət üçün lazımlı olan pul və qiymətli mədənlərin transferi də buna görə təhdid altında idi. Məbədçilər məhz bu şəraitdən faydalanaraq böyük pullar qazandılar. Kəşf etdikləri sistem belə işləyirdi: Londondan Parisə getmək istəyən bir tacir, əvvəlcə bu təşkilatın Londondakı mərkəzinə müraciət edir, pulunu yatırdır, qarşılığında da şifrəli yazı alırdı. Parisə çatdığında isə, məbədçilərin buradakı mərkəzinə gedir və müəyyən bir faiz əvəzi ödədikdən sonra pulunu çəkirdi.
Tacirlərin yanında bu sistemi ən çox istifadə edənlər xristian hacılar idi. Fələstinə getmək üçün yola çıxan zəngin hacıların qiymətli əşyalarını Avropaya götürüb qarşılığında çeklər verirdilər. Fələstinə çatan yolçular orada bu çekləri pula çevirə bilirdilər, amma məbədçilərə yüklü faiz gəliri verərək. Çek hesabını, Florensiyalı bankirlərdən əvvəl onlar icad etmişdilər. Hədiyyələrlə, silahlı fəthlərlə, pul əməliyyatlardan əldə etdikləri faizlərlə sanki beynəlxalq şirkət halına gəldilər. İlk əhəmiyyətli kapitalizm tətbiqlərinin Amsterdamlı yəhudilər tərəfindən tətbiq olunduğunu bilirik. Amma görülən o ki, məbədçilər də faiz istifadə edərək bankirlik edib bir növ Orta əsrlər kapitalizmi yaratmışdılar. Pul yatırıb çəkirlər, faizi işlədirlər, böyük xüsusi bank kimi əməliyyat edirdilər.
Məbədçilərin iqtisadi ölçüsünü, Michael Baigent və Riçard Leighin birlikdə yazdıqları “The Temple and the Lodge” (Məbəd və Loja) adlı kitabda da vurğulanır. Yazıçılar, “müasir bankçılığın mənşəyinin məbədçilər olduğunu”, 60%-a çatan faiz nisbətləriylə borc verən təşkilatın “Avropadakı sərvətin böyük bir hissəsini əlində tutduğunu”, Fransız və İngilis saraylarının təşkilata böyük miqdarlarda borclandıqlarını bildirirlər. (Michael Baigent, Richard Leigh, The Temple and the Lodge, London: Corgi Books, 1990, səh. 78-80.) Kitabda təşkilatın iqtisadi rolu ilə əlaqədar olaraq belə deyilir:
“Heç bir Orta əsr təşkilatı kapitalizmin yüksəlişinə məbədçilər qədər qatqıda olmamışdır.” (Michael Baigent, Richard Leigh, The Temple and the Lodge, London: Corgi Books, 1990, səh. 81.)
Beləliklə o dərəcə zənginləşdilər ki, Avropanın kralları borc pul tapmaq ümidiylə qapılarını döyürdü. Bunun nəticəsində də krallıqlar böyük nisbətlərdə borclu vəziyyətə düşdülər. Digər bir ifadə ilə Avropa iqtisadiyyatı bu təşkilata asılı hala gəlmişdi. Bir dövr, İngilis Krallığının maliyyə işləri məbədçilərin Londondakı mərkəzindən, Fransız Krallığının maliyyə işləri isə yenə bu təşkilatın Parisdəki mərkəzindən idarə olunurdu. Bu vəziyyət, onlara krallar və alınan qərarlar üzərində söz sahibi olma, hətta istədikləri kimi kralları istiqamətləndirmə imkanı verdi.

