Xristian dini İslam dininə tabe olub?

“Məhz bu əsnada, o cərəyan güclənəndə, həzrəti İsa əleyhissəlamın şəxsi-mənəviyyəsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək (ortaya çıxacaq), yəni rahmeti-İlahiyyənin səmasından nüzul edəcək; hal-hazırdakı Xristianlıq dini o həqiqətə qarşı tasaffi edəcək (təmizlənəcək), xurafatdan və təhrifatdan (xurafatlardan və təhriflərdən) təmizlənəcək, həqiqəti-İslamiyyə (İslam həqiqəti) ilə birləşəcək; Xristianlıq mənəvi şəkildə İslamiyyətə inqilab edəcək (çevriləcək). Qurana iqtida edərək (uyaraq), o İsəvilik şəxsi-mənəvisi tabe (uyan) və İslamiyyət metbu (tabe olunan) məqamında qalacaq; dini-haqq bu iltihaq (qatılma) nəticəsində əzmkarlıq qazanacaq.” (Mektubat, səh. 53-54)

Bədiüzzamanın sözlərində ifadə etdiyi kimi, Xristian dini hz. İsanın ikinci dəfə yer üzünə gəlişi ilə xurafatlardan, batil inanclardan və təhrif olunmuş xüsusiyyətlərdən təmizlənəcək. Xristianlıq həqiqi din olan İslam ilə birləşəcək və Xristianlıq mənəvi cəhətdən yenidən İslam dininə qayıdacaq. İki dinin birləşməsi ilə materializm fikrən məğlub olacaq və onun insanlara təsiri azalacaq.

Hz. Mehdinin İslam Birliyi qurması, bütün müsəlmanların liderliyini üzərinə götürməsi, xristianlarla ittifaq etməsi, hz. İsanın ikinci dəfə yer üzünə gəlişi və bütün bunların nəticəsində Xristianlığın həqiqi İslam dininə tabe olaraq yer üzündə İslam əxlaqının hakim edilməsi, dünya tarixindəki ən böyük və şanlı hadisələrindən olacaqdır. Belə böyük hadisə nə Bədiüzzaman dövründə, nə də dövrümüzdə yaşanmamışdır.

Bədiüzzaman da açıqlamaları ilə bu əhəmiyyətli həqiqətə diqqət çəkmiş və hz. Mehdinin gəlişindən bəhs etmək üçün bu vacib hadisələrin baş verməsinin əhəmiyyətini xatırlatmışdır. Bu hadisələrin özünün yaşadığı dövrdə baş vermədiyini ifadə edərək, hz. Mehdi ola bilməyəcəyini bir daha sübut etmişdir.