Hz. Xızır (ə.s.) hekayəsi

Bu ayənin Əbcədi 2010 tarixini verir

Beləcə, (orada) Öz dərgahımızdan rəhmət bəxş etdiyimiz və elm öyrətdiyimiz bir bəndəmizi (Xızırı) tapdılar. (Kəhf surəsi, 65)

Bu ayənin Əbcədi 2010 tarixini verir. Hz. Xızır (ə.s) özünəməxsus xüsusi bir elmə sahibdir.

Musa ona: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə səninlə gələ bilərəmmi?” – dedi. O dedi: “Doğrusu, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən! (Kəhf surəsi, 66-67)

Hz. Xızır (ə.s) “Məni dinsiz kimi görə bilərsən, şəriətə müxalif görərsən, bir yerləri bombalayır, yandırır, yıxır kimi görərsən, cinayət işləyir kimi görərsən, bütün bunlara səbir edə bilmərsən” deyir.

Axı (həqiqətini) dərk edə bilmədiyin bir şeyə necə səbir edə bilərsən? (Kəhf surəsi, 68)

Bir mövzunun görünüşü ayrı, mahiyyəti isə tamam ayrıdır. Hz. Xızır (ə.s), Ulul Əzm bir peyğəmbərə “buna taqətin çatmaz, səbir edə bilməzsən” deyir.

Musa dedi: “İnşaAllah, sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam!” (Kəhf surəsi, 69)

Hz. Musa (ə.s) “İnşaAllah” deyə sözə başlayır. İnşaAllah Kəhf hekayəsindəki kilid sözdür. Hz. Musa bu sözlə başlayır, bu, hz. Xızırın (ə.s)-ın da gözlədiyi ifadədir.

O dedi: “Əgər mənimlə gələcəksənsə, səbəbini sənə söyləyənə qədər heç bir şey barəsində məndən soruşma!” (Kəhf surəsi, 70)

Deməli, çox səbirli olmaq lazımdır.

Beləcə, o ikisi yola düşdülər. Nəhayət, gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. Musa dedi: “Gəmidəkiləri suda boğmaq üçünmü onu deşdin? Həqiqətən, sən pis bir iş gördün”. (Kəhf surəsi, 71)

Xızır görüşlərdə təkbətək görüşər, üçüncünü qəbul etməz.

Hz. Musa (ə.s) “Gəmidəkiləri suda boğmaq üçünmü onu deşdin? Həqiqətən, sən pis bir iş gördün” deyir. Halbuki Xızır (ə.s) vəhylə hərəkət edir, etdiyi doğrudur.

(Xızır:) “Mən demədimmi ki, sən mənimlə (yoldaşlığa) qəti səbir edə bilməzsən?” – dedi. (Kəhf surəsi, 72)

Hz. Xızır (ə.s) “qətiliklə” deyir, ikinci bir ehtimal vermir, “çətindir” demir, “qəti səbir edə bilməzsən” deyir, çünki Allah vəhylə əvvəlcədən bildirir. Allah Xızır (ə.s)-a vəhylə hz. Musa (ə.s)-ın gücünün çata bilməyəcəyini söyləyir. Vəhylə bildiyi üçün mənimlə birlikdə olmağa qətiyyən səbrin çatmaz, deyir.

Musa: “Unutduğum bir şeyə görə məni danlama və işimi çətinləşdirmə!” – dedi. (Kəhf surəsi, 73)

Hz. Xızırın xüsusiyyətlərindən biri də sorğulamaqdır.

“Mənə çətinlik yaratma” deyir. Deməli lazım olduğunda hz. Xızır (ə.s) çətinlik yaradırmış, xüsusiyyətlərindən biri də çətinlik yaratmaqdır.

Yenə yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqları zaman (Xızır) onu öldürdü. Musa dedi: “Heç kimi öldürməmiş tər-təmiz bir canamı qəsd etdin? Həqiqətən, sən çox pis bir iş gördün!” (Kəhf surəsi, 74)

“Cinayət etdin, səhv hərəkət etdin” deyir, halbuki hz. Xızır (ə.s) vəhylə hərəkət edir.

(Xızır) dedi: “Sənə deməmişdimmi ki, mənim yanımda qəti səbir edə bilməzsən? (Kəhf surəsi, 75)

Hz. Xızır (ə.s) bir daha vurğulayır, “qətiliklə” deyir, çünki vəhylə bildirilmişdir.

(Musa): “Əgər bundan sonra səndən bir şey soruşsam, o zaman mənimlə yoldaşlıq etmə! Artıq məndən gələcək üzrxahlığın son həddinə çatdın. (Kəhf surəsi, 76)

Hz. Xızır (ə.s) bir müddət sonra, işini gördükdən sonra geri çəkilər. Davamlı eyni yerdə olmaz.

Onlar yenə yollarına davam etdilər. Nəhayət, bir qəsəbəyə gəlib çatdıqları zaman oranın əhalisindən yemək istədilər. Ancaq onlar o ikisini qonaq etməkdən imtina etdilər. Bu zaman o ikisi orada yıxılmaq üzrə olan bir divar gördülər. (Xızır) dərhal onu düzəltdi. (Musa:) “Əgər istəsəydin, əlbəttə, onun müqabilində bir muzd alardın”, – dedi. (Kəhf surəsi, 77)

Hz. Xızır (ə.s)-ın yeməyə ehtiyacı yoxdur, amma hz. Musa (ə.s)-ın var. Hz. Xızır (ə.s) ürəyi istəsə yeyər, istəməsə yeməz. Qəsəbə xalqı heybətlərindən çəkinir.

Dərhal divarı bərpa edir. Hz. Xızır (ə.s) eyni zamanda divar ustasıdır, bir xüsusiyyəti də budur. Bu, bütün masonları idarə altına alacaq deməkdir, hamısı əmrinə girəcək deməkdir, hətta girdi, inşaAllah.

Hz. Xızır (ə.s) heç bir işinə görə qarşılıq istəməz. Xüsusiyyətidir, nə yemək, nə pul, nə mənfəət, heç birini istəməz. Bir insanın bir şeyə ehtiyacı olar, onun heç bir şeyə ehtiyacı olmaz. Yuxuya, yeməyə ehtiyacı olmaz. Heç bir şeyə ehtiyacı olmaması hz. Xızır (ə.s)-ın xüsusiyyətidir.