Xəzinələr sahibi Qarun

Quranda Allahın, hz

Quranda Allahın, hz. Musanın qövmündən olan Qaruna böyük mülk verdiyi bildirilmişdir. Qövmünün digər üzvləri Qaruna, sahib olduğu bu mülkü ona verənin Allah olduğunu unutmamasını, Allaha şükür etməsini və malını Allahın razı olacağı şəkildə istifadə etməsini xatırlatmışlar. Ancaq Qarun onların bütün bu xatırlatmalarına qarşı təkəbbürlənmiş və bu zənginliyin onun sahib olduğu biliyə görə verilmiş olduğunu iddia etmişdir.

Qarunun bu şəkildə böyüklənməsi və sahib olduğu zənginliyi özündən sayması ağılsız davranışdır. Çünki mülkün tək və həqiqi sahibi Allahdır və Allah dilədiyi zaman mülkündən dilədiyi kimsəyə verər, dilədiyi zaman da onu geri alar. Allah bu mövzuda hökmünü verdikdən sonra insanın nə sahib olduğu bilik, nə zənginlik, nə ehtişam bu hökmü heç bir şəkildə dəyişdirə bilməz.

Məhz Qarunun ağılsızlığı da bu nöqtədə ortaya çıxmışdır. Xəzinələrinin onu Allahdan gələ biləcək bir əzaba, ya da bəlaya qarşı qoruya biləcəyini düşünərək böyüklük göstərmişdir. Allaha şükür edərək, bu mülkü Onun razılığını qazanmaq üçün istifadə edəcəyi yerdə, dünyadakı ehtişamıyla ətrafında etibar qazanmağa çalışmışdır.

Qarunun ağılsız rəftarı, qövmündəki ağılsız insanları da ortaya çıxarmışdır. Qarunun ehtişamlı zənginliyini görənlər, onun yerində olmağı diləyərək onun vəziyyətində olmağı istəmiş, ağıl sahibi olanlar isə Allahın razılığını qazanmanın bütün bu ehtişam və zənginlikdən daha çox xeyirli olduğunu xatırladaraq bu kəslərin rəftarlarını qınamışlar.

Sonunda Qarunun ağılsız şəkildə təkəbbürlənməsinə qarşılıq Allah həm onu, həm də mülkünü yerin dibinə batırmış və nə zənginliyi, nə də sahib olduğunu iddia etdiyi başqa şeylər onu bu əzabdan qurtara bilməmişdir. Bir gün dünya həyatının ehtişamlı bəzəyinə aldanaraq Qarunun yerində olmağı diləyənlər, onun başına gələn bu vəziyyəti gördüklərində nə qədər səhv düşündüklərini anlamışlar.