İnsanlar iman dərəcələrinə görə bir-birindən fərqlənirlər. Bəzi insanlar Allaha ümumiyyətlə iman etmirlər. Bəziləri isə sahib olduqları güclü Allah qorxusuna görə daim saleh əməllər etməyə və dinə xidmət göstərməyə çalışırlar. Həyatının hər anında Allahı razı salmağa çalışan bu insanlar Allah tərəfindən Quranda belə xəbər verilmişdir:
Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. (Muminun surəsi, 61)
Bu insanlar səhərdən axşama qədər daim dinə xidmət etməyə, dinin və möminlərin xeyrinə olan saleh əməllər görməyə, qısacası hər addımlarında Allahı razı edəcək bir gözəllik ortaya qoymağa çalışırlar. Bunun üçün daim düşünmək, dua etmək, Allahın ən çox razı olacağı davranışı axtarmaq və onu taparaq tətbiq etmək lazım olduğunu bilirlər. Buna görə də onlar daim Allaha yaxınlaşa biləcəkləri, Onun ucalığını layiqincə dərk edə biləcəkləri şəkildə dərin düşüncə içində olurlar. Düşünmədikləri, dünyanın keçici faydalarına dalıb axirəti unutduqları bir an belə olmasına yol verməzlər. Səmimi şəkildə iman etdikləri üçün həyatın hər anını Allah üçün yaşayır və bu mövzuda qəflətə düşmürlər. Dayanmadan Allahı və Onun böyüklüyünü düşünmək onların Allah qorxusunu daha da artırır. Allahın Quranda əmr etdiyi kimi, bir işi bitirdikdə dərhal başqa bir işlə məşğul olmağa davam edirlər. Məhz bu insanlar “yarışıb önə keçənlər”dir və Allah onları cənnətlə müjdələmişdir:
(Yaxşı əməldə) öndə olanlar (mükafatda da) öndədirlər! Onlar Allaha yaxın kimsələrdir. Nəim cənnətlərində! (Vaqiə surəsi, 10-12)

