Quran əxlaqından uzaq yaşayan insanın nəfsi Allahın onu yaratmış olduğunu unutmağa son dərəcə meyllidir. Allahı unutduğu anda isə, öz eqoist ehtirasları (nəfsi) dövrəyə girərək ona yeni saxta ilahlar göstərəcəkdir. Bu adam artıq özünü yaradan və ayədə bildirildiyi kimi, “insan surətinə salan” (Kəhf surəsi, 37) Allaha deyil, ağılsız şəkildə başqa varlıqlara ibadət etməyə; onları razı salmağa, onlardan mədət ummağa, onları sevib, onlardan qorxmağa başlayır. Halbuki ilahlaşdırdığı bu varlıqların hamısı da eyni özü kimi aciz və zəifdirlər. Amma o yenə də ağlından istifadə etməyərək bu həqiqəti görə bilməz və bu xəyali ilahların arxasınca qaçaraq cahil şəkildə Allahdan üz çevirər. Bu tam mənasıyla naşükürlükdür. Quranda bu vəziyyət belə ifadə edilir:
Ölsün (inkar edən) insan! O necə də naşükürdür! Allah onu nədən yaratdı?! Onu nütfədən yaratdı və ona nizam verdi. (Əbəsə surəsi, 17-19)
Bu cür insanların meydana gətirdiyi cəmiyyət isə, təbii olaraq, din əxlaqından uzaq yaşayan və Allaha “arxa çevirmiş” (Hud surəsi, 92) cəmiyyətdir.
