Xəstəlik və çətinlik anında möminin davranışı necə olur?

Möminlər dünyada Allahın insanları çətinliklər və ya xəstəliklərlə sınadığını bilirlər. Buna görə də ən ağır xəstəlik və ya çətinliklə qarşılaşsalar belə, daim təvəkküllü və səbirli davranır, heç vaxt ümidsizliyə qapılmırlar. Xəstəliyi və çətinliyi verənin Allah olduğunu və bunları yalnız Onun aradan qaldıra biləcəyini bildikləri üçün dərhal Allaha yönəlirlər. Göstərdikləri bu gözəl davranışların qarşılığını həm dünyada, həm də axirətdə əldə etməyi Allahdan ümid edirlər. Allah Bəqərə surəsində möminlərin başlarına gələn çətinliklər qarşısında göstərdikləri bu gözəl davranışı belə bildirir:

Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)