Xəstə ikən gözəl əxlaq göstərmək

Yaxşı, gözəl, rahat, asan, sağlam, sevgi dolu bir həyat

Yaxşı, gözəl, rahat, asan, sağlam, sevgi dolu bir həyat… Bu əlbəttə ki, çox gözəl bir nemətdir. Hər insan həyatını ən rahat şəraitdə və mümkün ola biləcək ən gözəl nemətlər içərisində keçirmək istəyər və bu reallaşanda da çox xoşbəxt olar.

Ancaq Allah dünya həyatında bəzi xüsusi vəziyyətlər də yaratmışdır. Çətinlik, sıxıntı, xəstəlik, ölüm, kasıblıq və itkilər… Bunlar hər insanın həyatının hər hansı bir hissəsində mütləq yaşadığı hadisələrdəndir. Və Allah bunları xeyir və hikmətlə yaratmışdır.

İnsan hər hansı bir çətinliklə qarşılaşmayanda, heç bir əzab görməyəndə, hər hansı bir çətinliyə səbir etmək məcburiyyətində qalmayanda, ətrafındakı insanlardan ancaq yaxşılıq, gözəl əxlaq, maddi və mənəvi dəstək görəndə, həyatını arzu etdiyi nemətlər içərisində keçirəndə sahib olduqları onu ancaq müvəqqəti olaraq xoşbəxt edir. Bu şəraitdə gərginlik hiss etmək, hirslənmək, kinli olmaq, qısqanmaq, mübahisə etmək üçün çox az səbəb var. Əksinə, nemətlərin gözəlliyi və ətrafındakı insanların gözəl rəftarları bu adamın əhvalını, rahatlığını həmişə daha da yaxşılaşdırır. Belə şəraitdə bu adam da ətrafına qarşı son dərəcə yaxşı əxlaq göstərə bilər. Xeyirxah, bağışlayıcı, mülayim, fədakar rəftarlar göstərə bilər. Ancaq bütün bu xüsusiyyətlər yaşanan şəraitdən asılı ola bilər. Çünki, bir insanın həqiqi xüsusiyyətləri çətin və əzablı anlarda, kasıblıqda və xəstəlikdə, haqsızlıqla rastlaşanda ortaya çıxır. Allahın dünyada müxtəlif çətinliklər yaratmağının böyük hikmətlərindən biri də burada gizlənmişdir. Allah bu yolla “həqiqətən gözəl əxlaq sahibi olan və hər şəraitdə Allah üçün bu əxlaqı göstərən qullarını” ortaya çıxarır.

Əlbəttə bir az baş ağrısı, mədə ağrısı ya da gündəlik bir yorğunluqda belə bu şəkildə xarakter dəyişdirən insanın bundan daha böyük bir xəstəliklə qarşılaşanda necə əxlaq göstərəcəyi ətrafındakı insanları düşündürür. Və normal şəraitdə, hər şey istədikləri kimi olanda, bütün nemətləri rahat şəkildə əldə edə biləndə göstərdikləri gözəl əxlaq və xarakter, çətin zamanlarda belə rəftarları nəticəsində tamamilə şübhəli hala gəlir…

I …Halbuki insan əsl xüsusiyyətin bu cür çətin anlarda ortaya çıxacağını bilməli və daha diqqətli olaraq Allahın razı qalacağı xarakter göstərməyə çalışmalıdır.

Əlbəttə ki, insan yaşadığı çətinliklər və xəstəliklər üçün həll yolu axtarmalı, ən ağıllı və ən düzgün tədbirləri almalı və sağlamlığını qorumağa çalışmalıdır. Bu yolda edə biləcəyi hər şeyi etməlidir. Amma eyni zamanda mütləq gözəl əxlaqını da davam etdirməlidir.

Gözəlliyi də, çətinliyi də yaradanın Allah olduğunu və bunların hər birinin insan üçün mütləq xeyirli olduğunu bilən bir insanın xəstəliklər qarşısında reaksiyası yenə də ancaq Quran əxlaqıyla olar. Onu nemətlər içində rahat, komfortlu bir mühitdə yaradan Allah olduğu kimi, xəstəlik verən, bu nemətləri azaldan da yenə Allahdır. Xəstə olduğu zaman belə insan sayısız nemətlər içərisindədir. Yenə Allahın rəhməti, şəfqəti, sevgisi, yaxınlığı, lütfü və qoruması altındadır. İmani bilgiləri yenə də eynidir. Allahın razılığının hər şeydən üstün olması, ölüm, axirət, hesab günü, cənnət, cəhənnəm eyni şəkildə bütün həqiqətləri ilə yenə də vardır. Elə isə bu həqiqətləri bilən bir insanın xasiyyət dəyişdirməyi, fərqli xarakter göstərməyi də məqbul deyil.

Əlbəttə ki, insanın bir yeri ağrıyanda, bir narahatlığı olanda bu fiziki dəyişikliyə səbəb ola bilər. Lakin əxlaqda və üslubda bir dəyişiklik olması qəbul edilə bilməz. Əksinə mömin kiçik də olsa, böyük də olsa hər xəstəliyi Allah qorxusunun artması üçün, Allaha şükür etmək, Allahın nemətlərini xatırlamaq, rahatlığın, sağlamlığın nə qədər böyük bir lütf olduğunu anlamaq, insanın acizliyini və Allaha olan möhtaclığını daha yaxşı qavramaq, qısacası daha gözəl əxlaqlı olmaq üçün vəsilə olaraq görməlidir. Mömin bir şəxs bütün bu vəsilələrin insanları Allaha yaxınlaşdıra biləcəyini bildiyi üçün düzgün istifadə etmək və maksimum yararlanmaq üçün əlindən gələn hər şeyi etməlidir.