Xəsislik etməmək, var-dövlət toplamamaq

Quran əxlaqından uzaq olan cəmiyyətdə sədəqə vermək anlayışı geniş yayılmışdır

Quran əxlaqından uzaq olan cəmiyyətdə sədəqə vermək anlayışı geniş yayılmışdır. Həmin anlayışa görə, vicdanını rahat etmək üçün insan öz mal-dövlətindən az miqdarını sədəqə olaraq verir. Beləliklə də böyük bir dini vəzifəni yerinə yetirmənin rahatlığı ilə malının yerdə qalan böyük bir hissəsini əlində saxlayır. Halbuki Quranda bunun yanlış davranış olmasına açıq şəkildə diqqət yetirilir.

“İndi gördünmü dönəni, bir az verib qalanına xəsislik göstərəni?” (Nəcm surəsi, 33-34)

Hökmə riayət etməyən insanın itirdiyi yalnız mükafat qazanmaq deyil, bu insan eyni zamanda Allahın sevmədiyi bir davranışı etməklə axirət baxımından böyük məsuliyyət daşıyır. Çünki ehtiyacdan artıq qalanı əlində saxlayan bir insan Allahın qəti olan bir hökmünü inadla yerinə yetirmir. Xəsislik etməkdə və əslində tamamilə Allaha aid olan, Allahın insana sınaq olaraq verdiyi və sədəqə verməsini bildirdiyi malı haqsız olaraq gizlədir.

Ola bilər ki, insan malının böyük bir hissəsini Allah yolunda sərf etsin. Lakin ehtiyacından artıq olan çox az hissəsini özünə ayırmağa və ya gələcəyi üçün saxlamağa təbii baxırsa, qurandakı ayələrdə bildirilən düşüncəyə meyl etmiş olur. Çünki xəsisliyin və mal yığmağın əsasını təşkil edən səbəblər gələcək üçün narahatlıq, kasıblıq qorxusu, bu dünyanı axirətdən üstün tutmaq kimi təlaşlardır. Bu təlaşların səbəbi isə Allaha olan etibarın zəif olması və təvəkkülün az olmasıdır. Təvəkkül etməmək də iman zəifliyindən irəli gələn mühüm problemdir. Göründüyü kimi, çox kiçik, əhəmiyyətsiz hesab edilən çatışmazlıqların kökündə çox mühüm qüsurlar dayana bilər. Allahın digər hökmlərini qorumaqda olan qüsurlar kimi sədəqə mövzusundakı bu qüsur da insanın həqiqi iman halını, ixlas və səmimiyyət dərəcəsini göstərir. Əsl mömin kiçik mənfəətlərə tamah salaraq dünyada və axirətdə böyük bir itki verməkdən qorxub-çəkinməli və Allahın bu hökmünü diqqətlə yerinə yetirməlidir.