Xaçlı barbarlığı

Məhz özlərinə “xaçlılar” deyilən bu qrup, üç böyük qrup halında 1096-cı ilin yaz aylarında yola çıxdılar; fərqli rotaları izləyərək Konstantinopolda bir yerə gəldilər. Bizans İmperatoru I Aleksiusun əlindən gələn dəstəyi verdiyi bu birlik, təxminən 4.000 atlı cəngavər və 25.000 piyada əsgərdən ibarət idi. (Encyclopedia Britannica 2001 Deluxe Edition CD, “Crusade, Preparations for the Crusade”.) Ordunun komandirləri, Toulouse qrafı Raymond, Taranto hersoqu Bohemond, Godfrey de Bouillon, Vermandois qrafı Hugh və Normandiya hersoqu Robert idi. Mənəvi liderliyi isə, II Urbanın yaxın yoldaşı olan yepiskop Ademar Monteilsky boynuna götürmüşdü. (Dr. Tom J. Rees, “The Story of the First Crusade”, 1999, http://www.brighton73.freeserve.co.uk/firstcrusade/Overview/Overview.htm)

Xaçlılar yol boyunca bir çox yeri yandırıb-yıxdıqdan və bir çox müsəlmanı qılıncdan keçirdikdən sonra 1099-cu ildə Qüdsə çatdılar. Təxminən 5 həftə davam edən uzun mühasirədən sonra şəhərə girdilər. Bir tarixçinin ifadəsiylə, “Ələ keçirdikləri bütün ərəbləri və türkləri öldürdülər… Kişi və ya qadın, hamısını qətl etdilər.” (Geste Francorum, or the Deeds of the Franks and the Other Pilgrims to Jerusalem, trans. Rosalind Hill, London, 1962, səh. 91.)

Qüdsə girən xaçlılar qarşılaşdıqları hər kəsi ağla, xəyala gəlməz işgəncələrlə öldürdülər, qılıncdan keçirdilər; ələ keçirdikləri hər şeyi yağmaladılar. Məscidlərə sığınan günahsız insanları uşaq, gənc yaşlı demədən qətl etdilər, müsəlmanların və yəhudilərin müqəddəs məbədlərini dağıtdılar. Şəhərin sinaqoqunda gizlənən yəhudiləri, sinaqoqu atəşə vermək surətiylə yandırdılar. Bənzərinə az rast gəlinər bu barbarlıq, şəhərdə öldürəcək kimsə qalmayıncaya qədər davam etdi. (Dr. E.L. Skip Knox, “Fall of Jerusalem”, 2001, http://crusades.boisestate.edu/1st/28.htm)

Xaçlılardan biri, Raymond d’Aguilers, bu vəhşiliyi “öyünərək” izah edirdi:

“Görülməyə dəyər möcüzə səhnələri reallaşdı. Adamlarımızın bəziləri (ki bunlar ən mərhəmətliləri idi) düşmənlərin başlarını kəsirdilər. Digərləri onları oxlarla vurub saldılar, bəziləri isə onları canlı-canlı atəşə ataraq daha uzun müddətdə öldürüb işgəncə etdilər. Şəhərin küçələri, kəsilmiş başlar, əllər və ayaqlarla dolu idi. Belə ki, yolda bunlara ilişib düşmədən getmək çətin hala gəlmişdi. Amma bütün bunlar, Süleymanın Məbədində edilənlərin yanında yüngül qalırdı. Orada nə oldu? Əgər sizə gerçəkləri söyləsəm, buna inanmaqda çətinlik çəkə bilərsiniz. Heç olmasa bunu söyləyim ki, Süleymanın Məbədində axan qanların yüksəkliyi, adamlarımızın düzlərinin boyunu aşırdı.” (August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, səh. 261.)

Araşdırmaçı Desmond Seward isə, “The Monks of War” (Döyüşün rahibləri) adlı kitabında bu vəhşiliyi belə təsvir edirdi:

“İyul 1099-ci ildə Qüds ələ keçirildi. Talan edilmənin vəhşiliyi, Kilsənin soydan gələn instinktləri xristianlaşdırmaqda nə qədər az müvəffəqiyyətli olduğunu ortaya qoyurdu. Müqəddəs şəhərin bütün əhalisi qılıncdan keçirildi; yəhudilər, müsəlmanlar, kişi, qadın və uşaq cəmi 70.000 adam üç gün davam edən bir soyqırımla qətl edildilər. Bəzi yerlərdə əsgərlər ayaq biləklərinə qədər yüksələn qan gölü içində yeridilər və küçələrdə gəzən atlıların üzərinə qan sıçradı.” (Desmond Seward, The Monks of War, Penguin Books, London, 1972.)

Bir tarixi qaynağa görə isə, xaçlıların vəhşicə öldürdüyü müsəlmanların sayı təxminən 40.000-dir. (August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, səh. 262.) Hər nə qədər öldürülənlərin sayına bağlı rəqəmlərdə fərqlər olsa da, xaçlıların Müqəddəs Torpaqlarda etdikləri böyük barbarlıq nümunəsi olaraq tarixə düşdü.

Birinci Səlib yürüşü, 1099-cu ildə Qüdsün təslim olması və təxminən 460 ildir müsəlmanların suverenliyi altında olan torpaqların xristianların əlinə keçməsiylə nəticələndi. Xaçlılar, Qüdsü özlərinə paytaxt etdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın Krallığı qurdular.

Bu tarixdən sonra xaçlıların Orta Şərqdə qala bilmə mübarizəsi başladı. Qurduqları dövləti ayaqda tuta bilmək üçün təşkilatlanmaları lazım idi. Bu səbəblə daha əvvəl bənzəri olmayan “əsgəri təriqətlər” quruldu. Bu təriqətlərin üzvləri, Avropadan Fələstinə köç edib, burada bir növ monastır həyatı yaşayır, bir tərəfdən də müsəlmanlara qarşı döyüşmək üzrə əsgəri təhsil alırdılar.

Məhz bu təriqətlərdən biri, digərlərindən fərqli bir yol tutdu. Və tarixin axışına təsir edəcək bir dəyişmə yaşadı. Bu təriqət, “Məbədçilər” təriqəti idi.