Viruslar çox kiçik ölçüdə yaradılmışdır

Viruslar

İnsan bədəni sanki qiymətli bir almazın çox etibarlı bir kassada mühafizə edilməsi kimi sıx bir nəzarətə və müdafiəyə malikdir. Ancaq bədəni ələ keçirməyə çalışan canlıların bir qismi də sanki təcrübəli bir oğru kimi hərəkət edirlər. Bu oğrulardan ən tanınan və mühüm olanlarından biri viruslardır.
Elektron mikroskopunun kəşfi ilə varlığından xəbər tutduğumuz bu canlılar hüceyrə belə sayıla bilməyəcək qədər sadə quruluşlu və kiçikdir. Ölçüləri , 0.1 ilə 0.280 mikron ( millimetrin mində biri ) arasında dəyişən, 10 dənəsi ard-arda düzüldükdə 3 sm-dən daha qısa bir uzunluq meydana gətirə biləcək qədər kiçik olan viruslar, bu səbəbdən bir çox alim tərəfindən canlılar aləminin xaricində tutulurlar.

Sinif olaraq canlılar aləminin xaricində tutulsalar da , ən az digər canlılar qədər üstün qabiliyyətlərə sahib olduqları danılmaz bir həqiqətdir. Virusların həyatları araşdırılanda da bu bu həqiqət aydın görünür. Viruslar, digər canlıların zəruri parazitidir; yəni yaşamaq üçün bir bitki, heyvan, ya da insan hüceyrəsinə daxil olub, onun qidasını, enerjisini istifadə edir. Çünki virusların sərbəst həyat keçirə biləcəyi bir sistemə malik deyil. Viruslar sanki bu həqiqəti bilmiş kimi ustalıqla bir hüceyrənin içinə daxil olur, yenə eyni ustalıqla oranı zəbt etdikdən sonra, hüceyrəni onları kopyalayan ” virus istehsal fabriki “nə çevirirlər

Virusun hüceyrəni ələ keçirmək məqsədi ilə tətbiq etdiyi bu plan son dərəcə mürəkkəb və mükəmməldir. Virus əvvəlcə hüceyrənin özünə uyğun olub olmadığını müəyyən etməlidir. Bu əməliyyatı son dərəcə diqqətli və dəqiq etməlidir. Çünki edəcəyi ən kiçik səhv, məhv olmasına səbəb olar. Belə bir nəticə ilə qarşılaşmamaq üçün xüsusi qəbul edicilər sayəsində hüceyrənin özünə uyğun olub-olmadığını yoxlayır. Daha sonra edəcəyi ən mühüm iş isə özünü hüceyrənin içinə qüsursuzca yerləşdirməlidir.

Virus tətbiq etdiyi taktikalarla hüceyrəni çaşdırır və varlığının nəzərə çarpmasına icazə vermir.

Hadisələr bundan sonra belə inkişaf edir: Hüceyrə virusa aid yeni DNT-ni nüvənin içinə daşıyır. Hüceyrə, zülal hasil etdiyini zənn edərək bu yeni DNT-ni hazırlamağa başlayır. Virusun DNT-si hüceyrədə o qədər hiyləgər gizlənir ki, hüceyrə hiss etmədən öz düşməninin istehsal fabrikinə çevrilir və özünü də məhv edəcək virusları hasil edir. Hüceyrənin virusun irsi quruluşunu yad qəbul etməsi həqiqətən də çox çətindir.

Virus özünü hüceyrəyə o qədər yaxşı montaj edir ki, sanki ona aid bir hissədir. Çoxalma işini tamamladıqdan sonra özü və yeni viruslar eyni işi başqa hüceyrələrdə təkrarlamaq üçün o hüceyrədən çıxırlar. Bu hadisələr zamanı virus ev sahibi hüceyrəni öldürə bilər, ona zərər verə bilər, dəyişdirə bilər və ya heç bir şey etməz ; bu virusun və hüceyrənin cinsinə bağlıdır.

Əsasən çox möhkəm bir nəzarət mexanizminə malik olan hüceyrənin, hansı üsulla aldadılıb, virus istehsal edən fabrikə çevrildiyi hələ tam olaraq cavablandırılmamış suallardandır. Olduqca xüsusi quruluşu olan və canlılar aləminə belə daxil olmayan virusların belə ağıllı hərəkət etmələrinin, bu cür təsirli taktikaları düşünüb planlaşdırmalarının ardındakı sirr, şübhəsiz ki, onları sahib olduqları qabiliyyətlərlə birlikdə meydana gətirən bir Yaradıcının varlığındadadır.

Belə ki , virusun sahib olduğu xüsusiyyətlər tamamilə hüceyrənin daxilində fəaliyyət göstərən sistemi istifadə etmək üçün nəzərdə tutulmuşdur. Virusu yaradan gücün hüceyrənin çox mürəkkəb iş prinsiplərini də bildiyi aydındır. Bu güc virusu içinə yerləşəcəyi hüceyrəni və bütün kainatı yaradan Allaha aiddir. 
Kiçik quruluşları ilə onlardan milyonlarla qat böyük olan insan orqanizmini xəstəliyə, bəzən də ölümə belə aparan viruslar, insanlara acizliklərini xatırlatmaq üçün Allah tərəfindən yaradılmış xüsusi varlıqlardır.