Vicdanlı olmaq

Vicdan sahibi insana heç bir şey öyrədilməsə də Allahın varlığını dərk edər

Vicdan sahibi insana heç bir şey öyrədilməsə də Allahın varlığını dərk edər. Vicdanı ilə Yaradıcının olduğunu anlayan insan yenə vicdanından istifadə edərək düşünməyə davam edərsə bu nəticəyə gələcək: Allah bu qədər qüsursuz kainat yaradır və insana da bunu anlayacaq şüur verirsə, yaratdığı insanı özbaşına buraxmayacaq. Mütləq yaratdığı bu ağıllı varlıqlarla əlaqə qurmuş, özünü tanıtmış olmalıdır. Bundan da başqa hər şeyi yaradan Allah, bunları mütləq bir məqsəd üçün yaratmışdır və bu məqsədini də onlara bildirmişdir.

Vicdanından istifadə edən adam, özünü və bütün kainatı yaradan Allahı tanımaq üçün böyük istək duyar. Hətta həyatının tək məqsədi bu olar. Özünü yoxdan var edən, “heç” və ya “heçlik” ikən ona həyat verən Allaha möhtac olduğunu, bütün gücün Onun olduğunu başa düşər.

Həmçinin Allahın hər şeyi bir məqsəd üçün yaratdığını fərq edər. Hər şeyin bir vəzifəsi vardır. Səma planeti qoruyan tavan kimidir. Hüceyrələr canlılığı meydana gətirmək üçün yaradılmışlar. Yağış bütün dünyaya bərəkət gətirir. Günəş bütün dünyanın istilik və işıq qaynağıdır. Hətta o qədər əhəmiyyətli bir məqsədlə yaradılmışdır ki, o olmasa həyat olmaz. Qısacası insan, burada saydığımız və saymadığımız hər şeyin xüsusi bir məqsədlə var edildiyini görə bilər. O zaman “mənim yaradılış məqsədim nədir?” deyə öz-özündən soruşar. Bundan əlavə, “belə mükəmməl, qüsursuz planlanmış dünyada yaradılıb, qısa müddət sonra öləcəksən, mütləq burada mövcud olma məqsədim olmalı, bu qədər qısa ömür üçün bu qədər təfərrüatın bir mənası olmalı” deyə düşünər. Və bu suallarına cavab axtarar.

Allahı tanımaq, Onun özündən nələr istədiyini, yaratmasındakı məqsədi öyrənmək üçün insanlardan duyduğu məlumatlarla kifayətlənməz. İnsanların verdiyi məlumatların yetərli olmayacağını və ya səhv ola biləcəyini vicdanı ilə anlayar. Hər şeydən əvvəl hər kəsin söylədiyi bir-biriylə əsassızdır, ziddiyyətlərlə doludur. Allaha yaxınlaşmaq üçün ən etibarlı mənbənin Allahın vəhy etdiyi kitab olduğunu düşünər. Bunun nəticəsində isə Allahın ən son göndərdiyi və qorunmuş kitabı olan Quranı özünə rəhbər edər.