İnsanın vicdanının səsindən sonra gələn digər alternativlərin hamısı vicdanı basdırmağa çalışan “nəfsin səsi” dir. Nəfs insanı var gücü ilə doğru olandan saxlayıb, ona pis olanı etdirməyə çalışır.
Bunu çox açıq şəkildə etməyə bilər. Bir insana məqbul gələ biləcək bəzi bəhanələr irəli sürə bilər, “bundan bir şey olmaz” dedirdə bilər. Allah bu həqiqəti Quranda belə bildirir:
(Qovulmuş şeytandan Rəbbimə sığınıram!)
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. (Şəms surəsi, 7-9)
Ayədə də bildirildiyi kimi, insana həm pisliklər, həm də bu pisliklərdən çəkinmək ilham edilir. İnsan isə bunlardan hansına uyğun gələcəyi mövzusunda sınanar.
