Şeytanın dini, insanlara şeytanın xarakterini və onun düşüncə sistemini qəbul etdirmək məqsədinə əsaslanır. Şeytan insanları bu yöndə razı sala bilmək üçün, batilə əsaslanan çox müxtəlif və gizli üsullar yaratmışdır. Lakin təməl fəlsəfəsi, əvvəlcə öz tələlərini puç edən, verdiyi təlqinlərlə insanları dayanmadan yaxşılığa və doğruya çağıran vicdanının səsini susdurmağa yönəlib.
Əslində Allahın; “İnsan öz nəfsinə qarşı bəsirətdir. Öz bəhanələrini irəli sürsə belə!” (Qiyamət surəsi, 14-15) ayələri ilə bildirdiyi kimi, şeytan hansı tələni qursa da, vicdanın yol göstərməsi sayəsində hər insan doğrunu görə biləcək bəsirətə sahibdir. Lakin şeytan, insanların vicdanlarının səsini susdurmalarını təmin edəcək, onları öz əxlaqını yaşamağa razı salacaq çox müxtəlif bəhanələr irəli sürərək insanların bu bəsirətlərini bağlamağa çalışar.
İman gətirənlər Qurana görə düşündükləri üçün, şeytanın bu yöndəki təlqinlərini, nə qədər məharətli olsa da, dərhal görə bilər və vicdanlarına uyğun davranarlar. Quran əxlaqından uzaq yaşayan insanlar isə həyatını nəfslərini məmnun etmək məqsədi əsasında qurduqları üçün, şeytanın nəfsini dəstəkləyən bəhanələrini dərhal qəbul edərlər. Vicdanın səsini susdurmaq üçün onsuz da bir yol axtardıqlarından, şeytanın bu təlqinlərini nəfslərinə dəstək və kömək kimi qəbul edərlər.
Şeytanın bu sistemi, hər davranış pozuntusu və hər pislik üçün ayrı bəhanə, ayrı sapqın açıqlama daşıyar. Bu yolla insanların vicdanına qarşı çıxa bilmələrini təmin edər və beləliklə də, öz düşüncələrini onlara qanuni və məqbul göstərməyə çalışar.

