İnsan dünyada olduğu müddət boyunca yaşadığı hər hadisəyə göstərdiyi reaksiyalarla və içindən keçirdiyi fikirlərlə sınanar. Bu sınaq əsnasında qarşısında hər zaman iki alternativ vardır: Ya daim pis əməli əmr edən nəfsinin səsinə uyğun gələcək ya da özünü bu pis əməldən çəkindirən vicdanının səsini dinləyəcək.
Nəfs, insanı ən kiçiyindən ən böyüyünə qədər yaşadığı hər hadisədə Allahın sərhədlərini aşmağa, üsyana və pis şeyə çağırar. İnsanın öz istək və ehtiraslarını ön plana çıxardaraq Allahın razılığını göz ardı etməsini istəyər. Və bunu da çox müxtəlif bəhanələr qarşıya qoyaraq hiyləgərcəsinə edər. Belə ki, adam əgər vicdanının səsini dinləməzsə nəfsinin pıçıltılarına dərhal aldanar.
“Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?” – dedilər. İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” – dedilər. Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”. (Ənbiya surəsi, 62-65)
Bunu deyən insanlar, Hz. İbrahimi alova atmağa qərar verən insanlardır. Allahın onları hidayətə yönəltməsi üçün göndərdiyi Peyğəmbərlərini alova atmağa cəhd edəcək qədər zalım olan bu insanların vicdanı, haqqı onlara bu cür açıq şəkildə söyləməkdədir. Amma ayədə xəbər verildiyi kimi bu insanlar vicdanının səsini eşitdikləri halda “yenə də öz küfrlərinə qayıdaraq” və həqiqəti görməməyə, anlamamağa üstünlük veriblər. Başqa bir ayənin ifadəsi ilə, “Onlar kor və kar oldular.” (Maidə surəsi, 71)
Hər insan kimi sizin də içinizdə həm vicdan, həm də nəfs var. Siz də qarşılaşdığınız hər hadisədə vicdanınızın və nəfsinizin səsini eşidirsiniz. Əgər Allahı razı etmək, doğruya çatmaq istəyirsinizsə heç vaxt vicdanınızın səsinə biganə qalmayın.
İnsan öz içindəki səsləri bir-birinə qarışdırmaqdan, hansının doğrunu, hansının səhv olduğunu anlaya bilməməkdən narahat ola bilər. Amma bilmək lazımdır ki, vicdan doğrunu gördüyündə bir an belə tərəddüd etməz, heç bir zaman insanı qərarsızlıq içində buraxmaz və doğrunu həmin an söyləyər. Ancaq vicdanın bu səsinin dərhal sonrasında nəfs dövrəyə girər və vicdanın söylədiyini etdirməmək üçün çoxlu bəhanələr uydurar. Yəni insanın bir hadisə qarşısında eşitdiyi ilk səs vicdanının səsidir. Arxasından gələn bütün bəhanələr və mənfiliklər isə nəfsdən qaynaqlanır.
Allah rizası üçün, sizi ən gözələ çağıran o ilk səsin vicdanınıza aid olduğunu anlamazlığa vurmayın. Əgər insan vicdanın səsini dinləməzsə, bir müddət sonra nəfsinin əsiri olar və hər cür pis işə açıq olar. Bu, tamamilə öz seçimi olduğundan həmin andakı imtahandan da kəsilə bilər, nəfsinin istəkləri və qüruruna görə sonsuza qədər cəhənnəmdə yaşamağa məhkum ola bilər. Çünki insan Allaha qulluq etməklə məsuliyyət daşıyır. Bu qulluq, ancaq vicdanın səsini dinləməklə mümkündür. Onu dinləməyənlər isə “ziyana düşərlər”.
Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 9-10)
Hər kəs peşmanlığın nə qədər əzab verən duyğu olduğunu bilir. Bu duyğunun təməlində vicdanın səsini dinləməməyidir və bu, insan üçün Allahdan bir xəbərdarlıq xüsusiyyəti daşıyar. Bəzən insan səhv seçimindən imtina edənə qədər də bu peşmanlıq arxasını buraxmaz, mənəvi əzaba çevrilər. Elə isə siz vicdan əzabı çəkdiyiniz zaman bunu anlamağa çalışın. Bu, bir yerdə səhv etdiyinizə işarədir və harada, hansı məqamda səhv etdiyinizi sizə söyləyəcək olan yenə vicdanınızdır. Dünyada peşmanlığın yox edə bilmə imkanı var ikən bu fürsəti qiymətləndirin. Çünki axirətdəki peşmanlıq dözülməz ölçülərdədir və sonsuza qədər də insanı buraxmayacaq.
Nəfsiniz istəsə də, bəzən sizə çətin göstərməyə çalışsa da, vicdanınızın sizə daim doğrunu söylədiyini heç vaxt unutmayın.
Halbuki, vicdan ömrün sonuna qədər, şərtlər və qaydalar nə olursa olsun, bir an belə susmaz. Nəfs ard-arda bəzi bəhanələr qarşıya qoysa belə vicdan, insana həmişə nəyin doğru, nəyin səhv olduğunu açıqca deyər. Allah, insanın içindəki bu iki səsə ayələrdə belə diqqət çəkər:
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! (Şəms surəsi, 7-8)
Bu, Allahın insan üçün yaratmış olduğu mükəmməl bir sistem və böyük bir nemətdir. İnsan, hansı hadisə ilə qarşılaşarsa qarşılaşsın, dünyanın harasına gedərsə getsin, hansı mədəniyyətdən olursa olsun, içində daim müraciət edə biləcəyi doğru rəhbərə malikdir. Unutmayın, siz də bu doğru rəhbərə sahibsiniz. O halda içinizdəki bu səsin dediklərini eşidin.
Üstəlik vicdan yalnız möminlərə xas ilham deyil. Bu səs inkar edənlər də daxil olmaq üzrə hər insanın içində vardır. Lakin möminlərin fərqi, həyatının hər anında vicdanını istifadə etmələri və onun səsinə uyğun yaşamalarıdır. İnkarçılar isə özlərinə haqqı göstərdiyi halda vicdanının səsini dinləməyib, nəfsinin istək və ehtiraslarına uyarlar.

