Fussilət surəsi, 36-cı ayə, “Əgər sənə şeytandan vəsvəsə gələcək olsa,” yəni şeytanın adamlarından, şeytana uyanlardan, şeytanın əmrində olanlardan, şeytana gizli və ya açıq xidmət edənlərdən, cahil insanlar internetdə, televiziyada hər hansı bir yerdə vəsvəsə etsə; müsəlmanların arasını vurmaq, müsəlmanların İslam Birliyi düşüncələrini ortadan qaldırmağa çalışsalar, sevgini, sülhü, qardaşlığı, dostluğu dayandırmağa çalışsalar, müsəlmanları başı açıq, başı bağlı deyə fitnəyə salıb bir-birinə qırdırmağa çalışsalar, şiə-sünni ayrı-seçkiliyi edib bir-birini qırdırmağa çalışsalar, yəni “şeytandan vəsvəsə gələcək olsa,” “dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir.” İnşaAllah.
Möminlər, şeytanın əmrində olanlardan vəsvəsə gəldiyində Allaha sığınar. Şeytanın möminlərə pıçıldadığı vəsvəsələr nə olursa olsun, Allahın göstərdiyi yola iman gətirdiklərində, şeytan onların başını qata bilməyəcəkdir. Allah şeytana qarşı möminlərə bunu xatırladır:
Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir. Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 200-201)
Ayədə göründüyü kimi möminlər şeytandan gələn vəsvəsələrə qarşı çox diqqətlidir. Uzun-uzun oturub ondan gələn vəsvəsələri düşünərək vaxt itirməz, bu vəsvəsələrlə Allahın razı olmayacağı, bir möminə yaraşmayacaq çətin, hüznlü, qorxulu bir ruh halına girməzlər. Bir çətinlik, Qurana uyğun ola bilməyən bir düşüncə hiss etdiklərində dərhal düşünərlər. Bunun Allahın məmnun olmayacağı şeytandan gələn bir vəsvəsə olduğunu anlayarlar. Dərhal Allahı və Quran ayələrini düşünərək şeytanın pıçıldamalarından xilas olarlar.

