Verilən borcu yazmaq

Borc verən zaman onu yazmağın gərəkli olması bu ayədə olduqca açıq və müfəssəl şəkildə izah

Borc verən zaman onu yazmağın gərəkli olması bu ayədə olduqca açıq və müfəssəl şəkildə izah edilir. Buradakı ən mühüm məqam isə yaxınlıq, qohumluq, səmimiyyət, dostluq kimi anlayışları əsas götürərək, ayənin əmrini qulaqardına vurmamaqdır. Kimlər arasında olmasından və miqdarından asılı olmayaraq, ayə həmin hökmü tətbiq etməmək üçün heç bir istisna göstərməmişdir. Buna görə də əgər insan həqiqətən mömindirsə, bu ayənin hökmünə qeyd-şərtsiz boyun əyməlidir.

Həqiqətən də ayədə bildirildiyi kimi, ədalətdən kənara çıxmamaq, gələcəkdə hər hansı bir şübhəyə, yanlış gümana və haqsızlığa yol verməmək üçün, bu, ən mühüm tədbirdir. Nəfslə bağlı olan tənbəllik kimi hallar da ayənin hökmünün yerinə yetirilməməsinə səbəb ola bilməz.