Allah hər insan üçün müəyyən bir ömür müddəti təyin etmişdir və heç kimin bu vaxtı nə qabaqlaması, nə də gecikdirməsi mümkün deyildir. Bu məsələdə hökm yalnız Allaha məxsus olduğu üçün, insan belə bir hadisə ilə qarşılaşdıqda möminə düşən ən gözəl davranış Allahın yaratdığı taleyə razı olmaq, bu hadisəyə təvəkkül və təslimiyyətlə yanaşmaqdır. Əksinə, təvəkkülsüz davranmaq Allahın yaratdığı taleyə qarşı etiraz etmək mənasına gələr ki, bu da möminin əsla yol verməyəcəyi bir davranışdır.
Bundan əlavə, əgər vəfat edən şəxs mömindirsə, ölüm ilə birlikdə Allahın razılığına və cənnətinə qovuşacaq, dünya həyatı ilə müqayisə edilməyəcək qədər böyük nemətlər içində gözəl bir həyat yaşayacaqdır. Belə olduqda onun üçün kədərlənmək deyil, əksinə, belə şərəfli bir aqibətə nail olduğuna görə sevinmək lazımdır. Əgər vəfat edən şəxs dünya həyatını Allahın razılığını qazanmaq üçün yaşamamışdırsa, bu halda cəhənnəmlə qarşılaşacaqdır. Lakin bu da Allahın ədalətinin və təqdirinin bir təzahürü olduğu üçün yenə də kədərlənməyə əsas yoxdur. Çünki bu insan, bu aqibət ona bildirildiyi halda, bilərəkdən inkar yolunu seçmişdir.
Bununla yanaşı, insanın vəfat edən sevdiyi bir şəxsdən ayrıldığı üçün kədərlənməsi də yersizdir. Çünki unudulmamalıdır ki, əgər həmin insan da Allahın razılığını qazanmaq üçün ciddi səy göstərərsə, əbədi cənnət həyatında sevdiyi insanla sonsuza qədər birlikdə olmaq nemətinə qovuşa bilər. Buna görə də mömin, başqa bir möminin vəfatından sonra onun cənnətə qovuşduğunu ümid etdiyi üçün əsla ümidsizliyə və dərin kədərə qapılmaz. Quranda möminlərə ölümün ardından cənnətə qovuşma ümidinə görə sevinmək və bir-birlərinə müjdə vermək tövsiyə edilmişdir. doğrudurmu?

