Vaqiə Surəsi, 75-80-ci Ayələr

Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. (Vaqiə surəsi, 75-80)