Vacib məlumatı pis niyyətli insanlardan gizlətmək

Məhz Quranda bu mövzudakı ağıllı rəftarına diqqət çəkilən peyğəmbərlərdən biri də hz

Məhz Quranda bu mövzudakı ağıllı rəftarına diqqət çəkilən peyğəmbərlərdən biri də hz. Yaqubdur. Hz. Yaqub, oğullarının, onun hz. Yusifə duyduğu sevgini qısqandığını hiss etmiş və bu səbəblə də onların hz. Yusifə pislik edə biləcəklərindən narahatlıq duymuşdu. Necə ki, Allah, peyğəmbərin bu narahatlığında haqlı olduğunu, Quran ayələrində xəbər vermişdir.

Bu vəziyyəti bilən hz. Yaqub, oğlu hz. Yusif yuxusunda ulduzların, Günəşin və Ayın ona səcdə etdiklərini gördüyünü izah etdiyində bu yuxunun hz. Yusifin Allahın seçdiyi xüsusi bir kimsə ola biləcəyinə işarə etdiyini anlamışdır. Bu səbəblə də ondan yuxusundan qardaşlarına bəhs etməməsini istəmişdir. Çünki hz. Yaqub bu məlumatın oğullarının qısqanclıqlarını daha da artıra biləcəyini və bundan ötrü də onların hz. Yusifə zərər verməyə cəhd edə biləcəklərini düşünmüşdür.

Bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. (Yusif surəsi, 4-6)

Görüldüyü kimi hz. Yaqub qısqanclıqdan yarana biləcək nəticələri əvvəldən düşünmüş və tədbir almışdır. Allahın, “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır.” (Yusif surəsi, 7) ayəsiylə də bildirdiyi kimi möminlər, hz. Yusifin hekayəsində izah edilən bu ağıl əlamətlərindən də ibrət götürməlidirlər. Və özləri də bu ağla sahib olmaq üçün Allaha yaxınlıqlarını artırmaq üçün səy göstərməli və Quran əxlaqını yaşamalıdırlar.