Ağlın insana qazandırdığı bir başqa əhəmiyyətli xüsusiyyət də “diaqnoz qabiliyyəti”dir. Hər insan hər mövzu haqqında diaqnoz edə bilər, fikir bəyan edə bilər. Ancaq ağıl sahiblərinin bu mövzudakı fərqi, onların diaqnozlarının hər zaman məqsədəuyğun olması və çox insanın görə bilmədiyi detalları rahatlıqla görə bilmələridir. Bu məqsədəuyğunluğun və incə diaqnoz qabiliyyətinin sirri isə, möminin Quranı rəhbər edərək, ağlını bu istiqamətdə istifadə etməsidir. Quran, Allahın haqq kitabıdır. Bu səbəbdən Qurana tabe olan kəslər qəti olaraq ən doğru olana çatacaqlar.
Ağıl sahiblərinin bu xüsusiyyəti onlara həyatın hər sahəsində böyük üstünlük və asanlıq təmin edər. Hər şeydən əvvəl qarşılaşdıqları hər insanın xarakterini çox yaxşı və çox ətraflı şəkildə analiz edə bildikləri üçün, dostlarını və düşmənlərini rahatlıqla təsbit edə bilərlər. Allahın Quranda tanıtdığı insan xarakterlərindən yola çıxaraq, qarşılaşdıqları hər insanın quruluşunu çox qısa müddətdə qavraya bilərlər. Yenə eyni şəkildə lehinə, ya da əleyhinə baş verən bir hadisəni hələ başlanğıcında ikən görə bilmələri və buna qarşı tədbir ala bilmələri də yenə onların qazanclı çıxmalarını təmin edər. Həmçinin ətraflarında olan insanlardakı gözəl xüsusiyyətləri, çox insanın görə bilmədiyi incəlikləri, ağıl əlamətlərini görə bilənlər də yenə ancaq ağıl sahibləridir.
Bu mövzuda ağıllı insanlarda diqqət çəkən bir başqa xüsusiyyət isə, bu diaqnozları edə bilmək üçün dərin araşdırmalar etmələrinə, ya da ətraflı məlumat toplamalarına gərək olmamasıdır. Ağıl sahibi bir insanın xüsusiyyəti, ən az dəlil ilə və ən qısa zamanda, ən doğru diaqnozları edə bilməsidir.
Məsələn ağıllı insan, bir kimsənin yalan danışdığını onun üslubundan, sözlərindəki əsassızlıqdan, hadisəni həddindən artıq dərəcədə detallandırmağa çalışdığından, üzərindəki narahatlıqdan və vəziyyətə görə dəyişə biləcək daha bir çox rəftarından diaqnoz edə bilər. Ağılsız insan isə, yalan danışmaqda olan bu insanın sözlərinə tamamilə etimad edə bilər, hətta bu insanın nə qədər dürüst olduğundan bəhs edə bilər. Bu səbəblə də o insanla maddi, ya da mənəvi ortaqlıqlara girişərək zərərə uğraya bilər.

