Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur. Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Şura surəsi, 3-5)
Şura Surəsi, 3-5-ci Ayələr
