Ümidsiz və bədbin olmaq

Şeytanın insanları doğru yoldan uzaqlaşdıra bilmək üçün işlətdiyi ən mühüm üsullardan biri də

Şeytanın insanları doğru yoldan uzaqlaşdıra bilmək üçün işlətdiyi ən mühüm üsullardan biri də, onları “ümidsizliyə və bədbinliyə sürükləmək”dir. Şeytan cahiliyyə inancını yaşayan insanlara ümidsizlik, təvəkkülsüzlük kimi davranış pozuntularını məqbul göstərmiş və beləliklə də, onları inkara sürükləmişdir. Eyni üsulu iman gətirənlər üzərində də işlətmək və bu cahiliyyə əxlaqını mənimsədərək, onları da Quran əxlaqından və imandan uzaqlaşdırmaq istəyər.

Çünki Quranın; “…Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz” (Yusif surəsi, 87) ayəsiylə bildirildiyi kimi, ümidsizlik mühüm inkar əlamətidir. Bu həqiqəti bilən şeytan, qəlbində xəstəlik olan insanlar üzərində ümidsizlikdən təsirli silah kimi istifadə edər. Lakin bunu edərkən digər bütün hiylələrində olduğu kimi, onları necə bir təhlükəyə sürüklədiyini hiss etdirməmək üçün hər cür oyuna əl atar.

Onlara açıq şəkildə; “Allahın rəhmətindən, bağışlanmaqdan ümid kəsin” kimi vəsvəsə verdiyi təqdirdə, oyunlarının üstünün açılacağını və müvəffəqiyyət qazana bilməyəcəyini bilər. Çünki imandan xəbərdar olan bir insan, belə düşüncəyə qapılmağın imandan dönmək mənasına gələ biləcəyini də bilər. Şeytan bu vəziyyətdə ümidsizliyi müxtəlif düşüncələrin arxasına gizlədərək, məqbul və qanuni görünən bəhanələrlə ört-basdır edərək onlara yaşatmağa çalışar.

Belə vəziyyətdə insan açıqca; “ümidimi itirdim”, “hər cür xeyirdən ümidimi kəsdim” kimi bir üslubdan istifadə etməz bəlkə də, lakin bu inancın tələbini bütün əxlaqında yaşayacaq və həyatını bu düşüncələr əsasında yönləndirmiş olacaq. Şeytanın istədiyi də onsuz da bu nəticəni əldə edə bilməkdir. Hansı yolla olsa da, insanları əzaba yaxınlaşdırmaq…

Şeytan, bu hədəfinə nail ola bilmək üçün çox sistemli, incə üsullara əsaslanan və planlı bir yol izləyər. Mərhələ-mərhələ fərqli üsullardan istifadə edərək insanı istədiyi vəziyyətə gətirməyi hədəfləyər. Vicdanın səsini susdurub, nəfslərinin istəklərinə tabe ola bilmək üçün onsuz da bəhanə axtaran bu insanlar, şeytanın onlara göstərdiyi bu yola asanlıqla təslim olarlar.

Şeytan onlara əvvəlcə ortada “çox böyük problemlər, çox ciddi çatışmazlıqlar olduğu bəhanəsini göstərər. Bu bəhanəyə sığınan insanlar “bu problemlərin üstəsindən gəlinməsi çox çətin, çox zəhmət tələb edən mövzular” olduğunu müdafiə edərək vicdanlarını rahatlaşdırmağa çalışarlar. “Səmimiyyətlə əllərindən gələn hər şeyi etdiklərini, lakin hər yolu sınadıqları halda, heç cür nəticə ala bilmədiklərini, heç cür problemlərinin üstəsindən gələ bilmədiklərini” iddia edərlər.

Lakin irəli sürdükləri bütün bu bəhanələrin səmimiyyətsizliyini və yalan olduğunu çox yaxşı bilirlər. Ümidsizliyin, təvəkkülsüzlüyün və belə çarəsiz bir üslubun, Quran əxlaqına qətiyyən uyğun olmadığını bilirlər. Vicdanları anbaan etdikləri səmimiyyətsizliyi xatırladır, onları Quran əxlaqına uyğun şəkildə düşünməyə çağırır. Lakin onlar şeytanın göstərdiyi bu yoldan, nəfslərinin azğınlığı naminə bilə-bilə bir bəhanə kimi istifadə edirlər.

Şeytanın təsiri altında olduğu üçün imanı yaşamamaqda müqavimət göstərən insan, əslində yaşayan “ölü” kimidir. Həyatdan, nemətlərdən, insanlardan, bir sözlə, heç nədən zövq almaz. Ruhu korlanmış, zehni bulanıqlaşmış, bədəni, ruhundakı bu yükü daşımaqdan yorulmuş, taqətsiz qalmışdır. Şeytanın, vicdanını, zehnini, bədənini sanki qabıq kimi örtüb, üzərində tam hakimiyyət qurduğu bu insan, artıq görünüşü, şövqsüzlüyü və zehnini bürüyən şeytani ruh halı ilə, şeytanın təbliğini edən “elçi” vəziyyətinə gəlmişdir. Halı, rəftarı, danışıqları, üz ifadəsi, səs tonu və ümidsiz, çarəsiz danışığı ilə ətrafındakı insanları da eyni bezginliyi və ümidsizliyi yaşamağa çağıran kimidir.

Belə bir mərhələdə həqiqətən iman edən şüuru açıq insanların bu insana olan çağırışları, yol göstərmələri çox böyük nemətdir. Öz ağlı, mühakiməsi çökmüş bir insan üçün, həqiqətləri görə bilən, yaxşı və pisi, doğru və yanlışı ayırd edə bilən insanların təmiz ağılları Allahın rəhmətinin təcəllisidir. Möminlər, özlərinə fayda və zərər verəcək şeyləri ayırd edə bilməyəcək vəziyyətə düşmüş, bu insanları Quran əxlaqına, dünyada gözəl həyata, axirətdə isə qurtuluşa çağırırlar.

Bu, həmin insanların bəlkə də ölmədən əvvəl qarşılarına çıxan son imkanları, özlərinə edilən son xəbərdarlıq və dünya həyatı ilə yanaşı sonsuz həyatını da əzab içərisində keçirmələrinin qarşısını ala biləcək son təbliğ ola bilər. Bu məqamda Allaha, Qurana və səmimi möminlərin tövsiyələrinə qeyd-şərtsiz təslim olmaq və Qurana görə hərəkət etmək lazımdır. Bu təqdirdə, Allahın mərhəməti sayəsində insan şeytanın təsirindən xilas ola biləcək, həqiqi imanı yaşaya biləcəyi ağla və vicdana sahib ola biləcək. Lakin bunun üçün əvvəlcə ümidsiz düşüncələrindən, təvəkkülsüz fikirlərindən tamamilə xilas olmalıdır.