Ulduzlardan daha artıq parlayan peyklər

Ənam surəsi, 97-ci ayə

Ənam surəsi, 97-ci ayə. “O, qurunun və dənizin qaranlıqlarından yolunuzu tapmağınız üçün sizə ulduzları var edəndir. Bilən bir birlik üçün Biz ayələri bir-bir (hissə-hissə) açıqladıq.” “Yolunuzu tapmağınız üçün,” Avtomobildə olan naviqasiya, mobil telefonlardakı naviqasiya proqramlarını görmüsünüz. Peyklərlə əlaqə qurur və xəritədə dəqiq yerimizi göstərir və hətda hara gedəcəyimizi də bizə öncədən göstərir. Ayədə deyir, “O, qurunun və dənizin qaranlıqlarından yolunuzu tapmağınız üçün sizə ulduzları var edəndir.” Ulduz, səmada parlayan cisimlərdir. Havada dayanan peykə baxanda, sabit peyk parlayır. Hətta ulduzlardan daha çox parlayır. Bu, Quranın işarəsidir. Çünki dəqiq yol tapmağı təmin edən bir sistemdir.

“O, göydən su endirəndir. Bununla hər şeyin bitkisini bitirdik, ondan bir yaşıllıq çıxardıq, ondan bir-biri üstünə mindirilmiş dənələr yaradırıq.” Yaşıllıq, xlorofilin rəngi yaşıldır, xlorofil kanalıyla bitkiyə qida verilir. O qidaları da insanlar yeyirlər. Və dənələrinin meydana gəlməsində də yenə xlorofil istifadə edilir. Ona işarə var. “Meyvəsinə, məhsul verdiyində və yetkinliyə çatdığında baxın” Allah deyir. “Meyvələri araşdırın” deyir. Bitkiləri və meyvələri. Həm də hamısını. “Bütün meyvələri araşdırın” deyir Allah. “Şübhəsiz, inanacaq bir qövm üçün bunda həqiqətən ayələr vardır.” Allah “bunlarda ibrət vardır, diqqətli baxın, araşdırın” deyir. Hər birinin qoxusu, dadı, rəngi, forması… Gözə də çox xoş gəlir, qoxusu da çox gözəldir, dadı çox gözəldir. Mineral, vitamin cəhətdən çox zəngindir, içində zülal da var, maşaAllah. Allah onu düşünməyimizi istəyir. Ona şükür etməyimizi, Allahın yaratdığı o gözəlliyi təfəkkür etməyimizi istəyir. Çünki qabığı laklı kimi tərtəmiz parıldayır. İçi çox gözəldir, qoxusu çox gözəldir, şəkər nisbəti çox mükəmməldir. İçində yağ olur, zülal da var, karbohidrat da var. Demək olar ki, ehtiyac olan bütün vitamin növləri var, bütün mineral növləri var və içindəki su da tərtəmiz və fövqəladə gözəl dadı var. Qoxusu da çox gözəldir. Allah bunları insanlara təqdim edir. Bəzi insanlar deyir ki; “təsadüfən oldu”. Bunu demək vicdansızlıq olar.