Şuəra Surəsi, 1-6-cı Ayələr

Ta. Sin. Mim. Bunlar aydın Kitabın ayələridir. Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən? Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi. Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir. (Şuəra surəsi, 1-6)