Ucsuz-bucaqsız kainat necə var olub?

Yaşadığımız ucsuz-bucaqsız kainat necə var olub?

Bu kainatdakı müvazinət, ahəng və nizam necə meydana gəlib? Yaşadığımız Yer kürəsi bizim həyatımız üçün necə bu qədər uyğun sığınacaq olub? Məhz bu suallar tarixin başlanğıcından etibarən insanların diqqətini çəkib. Bu sualları ağılla təhlil edən elm adamları və mütəfəkkirlər daima bu nəticəyə gəliblər: kainatdakı bu nizam bütün kainata hakim olan üstün bir Yaradanın, yəni Uca Allahın varlığının dəlillərindən biridir. Bu həqiqət müasir astronomiyanın banisi olan bir çox tanınmış elm adamı tərəfindən də qəbul edilmişdir. Qaliley, Kepler, Nyuton kimi dahilər kainatı, Günəş sisteminin quruluşunu, fiziki qanunları və müvazinətləri kəşf etdikcə bütün bunların Allah tərəfindən yaradıldığını anlayıblar.