Masonluğun ən fundamental prinsipi özünü gizləmək, həqiqi fəaliyyətlərini gizli tutmaqdır. Bu, Məbəd cəngavərlərindən bu yana dəyişməyən bir üsuldur. Məbədçilər; xristianlıqdan çıxıb azğın bir inanca qapıldıqlarını, Bafomet adlı bir bütə tapındıqlarını, hz. İsaya düşmən olduqlarını və ya pozğun cinsi əlaqələr qurduqlarını gizləmişlər və özlərini son dərəcə günahsız bir keşiş təriqəti kimi göstərmişdilər. Masonluq isə bu gizlilik ənənəsini götürmüş, özünü heç bir siyasi məqsədi olmayan bir əxlaq məktəbi və xeyriyyə cəmiyyəti kimi göstərmişdir. Halbuki sahib olduqları gizlilik prinsipi, bunun inandırıcı bir mənzərə olmadığını göstərmək üçün tək başına kifayətdir: Günahsız bir “əxlaq məktəbi”, nə səbəbə dünyanın ən gizli təşkilatlanması üçün işə ehtiyac duysun?
Türk masonlarının nəşr orqanlarından birində dərc olunan aşağıdakı ifadə, “xeyriyyə cəmiyyəti” imicinin bir kamuflyaj olduğunu göstərir. “Memar Sinan” jurnalında, mason Üner Birkan tərəfindən qələmə alınan bir məqalədəki ifadə belədir:
“Masonluq da, cəmiyyət xidmətlərinə əl ataraq, özünü cəmiyyətə xeyirli quruluş olaraq tanıda bilər.” (Mimar Sinan, Üner Birkan, səh. 63, sayı 104, 1997)
Masonların bu kamuflyajı istifadə edərkən həqiqi məqsəd və fəaliyyətlərini gizləmək üçün müraciət edəcəkləri sirli və gizlilik üsulları isə yenə masonik nəşrlərdə açıqlanır. Məsələn masonların bir növ “konstitusiyası” olan Anderson qanunu, Davranış maddəsi, dördüncü lətifəsi belədir:
Mason olmayan yadlar olduğunda, sözləriniz və davranışlarınızla elə təmkinli və ehtiyatlı olaq ki, ən incə zəkalı yad insan belə eşidilməsi uyğun olmayan şeylərin fərqinə varmasın. (Akasya jurnalı, səh. 62)
“Şaqul kimi” adlı mason jurnalı da təşkilatın bu gizlilik əmrini “qardaşlarına” belə çatdırır:
Arılar qaranlıq olmazsa işləyə bilməzlər… Sol əlinizin etdiyini sağ əliniz bilməsin. Gizliliyin sayılmayacaq çox təsirləri ilə əlaqədar olaraq və daha böyük şeylərlə əlaqəli olaraq simvolların sirli funksiyaları vardır. (Şakül Gibi, 3/25, səh. 20)
Mason jurnalının 1993-cü ilin mart ayında nəşr olunan sayında “məbəddə edilən ayin işlərinin kənarda danışılmasının qadağan olduğu” açıq şəkildə deyilir. Yenə masonların nəşr orqanı olan “Böyük Şərq” jurnalının 11-ci sayında “simvolları və lojalarda keçən hadisələri, mübahisələri açıqlamaq əxlaqdan kənar hərəkətdir; iddiaya və anda xəyanətdir” deyilir.
Mason təşkilatının öz üzvlərinə etdirdiyi “Gizlilik andı” isə gizliliyin təşkilat içərisində nə cür əhəmiyyətli olduğunu açıq şəkildə isbat edir. “2-ci dərəcə şagird ayini”ndəki bu and belədir:
İndi və ya daha sonra öyrədiləcək qədim masonluq sirləri ilə bunlara aid gizli sənətləri, istiqamətləri və nöqtələri, bu dərəcəyə üsuluna görə qəbul edilmiş olanların xaricində heç kimə, kim olursa olsun, heç bir surətdə açıqlamayacağam, və ya tək tam, qüsursuz, müntəzəm bir lojada ikən və onların da özüm kimi nizamlı olduqlarına tam bir qərara gəldikdən sonra üsuluna görə açıqlayacağam.
Yenə söz verərəm və şərəfim üzərinə and içərəm ki, bu sirləri, hərəkətli və ya hərəkətsiz heç bir şeyin üzərinə yazmayacaq, nəşr etməyəcək, həkk etməyəcək, işarələməyəcək, təsvir etməyəcək, kəsməyəcək və ya əlimdən gəlib gücümün çatdığı qədər də başqalarına etdirməyəcək, etmələrinə mane olacaq, etmələrinə göz yummayacağam ki, bu hərəkətli və hərəkətsiz şeylər üzərində hər hansı bir söz, heca, hərf, işarə və ya şəkil, yaxud bunların ən kiçik izi belə, mənim laqeydlik və ya ləyaqətsizliyimdən ötəri sirlərimiz ilə sirlərimizin üsulsuz olaraq başqasının oxuyub anlamasına, öyrənməsinə, ortaya çıxmasına səbəb olmasın. (Çırak, 2. Derece Ritüeli, Tanju Koray, səh. 32-33)
Yaxşı nədir masonların gizlədikləri bu qədər həssas olduqları sirlər? İtaliyadakı P2 lojası bu problemin cavabını ortaya çıxarmışdır: Cəmiyyətə bir xeyriyyə cəmiyyəti və əxlaq məktəbi kimi görünən mason lojalarında, gerçəkdə siyasi və iqtisadi mənfəətlərə istiqamətli bir çox qeyri-qanuni fəaliyyət icra edilir.
Ancaq bu fəaliyyətlərin icra edildiyi lojalar göz qarşısında deyil. Yəni masonluğun ənənəvi gizliliyinə əlavə olaraq, bir də “bilinən lojalar” və “gizli lojalar” şəklində ikinci bir gizlilik prinsipi vardır. P2, bəhs edilən gizli lojalardan biridir. Bir əvvəlki hissədə araşdırdığımız kimi, bu loja digər mason lojaları kimi yeri və ünvanı müəyyən bir binada deyil, Licio Gellinin gözlərdən uzaq villasının gizli bir hissəsində iştirak etmişdir. İtalyanın bir çox məşhur siyasətçi, bürokrat, iş adamı və ya media müdirinin P2 yığıncaqlarına qatılması, bu gizlilik sayəsində mümkün olmuşdur. Əks halda P2 lojası fəaliyyətlərini icra edə bilməz, qısa müddətdə ifşa olardı.
Məhz Türkiyədəki P2-lərin sirri də burada gizlidir:
Türkiyədəki masonların fəaliyyətlərinin yalnız çox kiçik hissəsi rəsmi mövqelərin və ictimaiyyətin məlumatı daxilindədir. Masonlar rəsmi olaraq bilinən bir neçə məşhur loja mərkəzinə sahibdirlər. (İstanbul Nuru Ziya küçəsi və Təpəbaşındakı lojalar.) Halbuki Türkiyədəki masonik quruluşun beyni, gizli lojalardadır.
Bunlar, mason lojası olduğu heç bir şəkildə bilinməyən və aydın ola bilməyən ünvanlarda yer alan xüsusi və gizli məbədlərdir. Bu gizli lojalar, ya Böyük Mason ustadlarının müstəqil evlərinin yer səviyyəsinin altında qalan gizli zirzəmilərində və ya fabriklərinin və holdinq binalarının yenə gizli olan zirzəmi qatlarında yerləşir. Bu gizli salonların bəziləri, güzgü görünüşlü divarların və ya qarderob qapağı kimi görünən qapıların ardında gizlənmişdir. Son dərəcə lüks və ehtişamlı bir şəkildə döşənilən bu lojalara gedən masonlar, sanki sıravi bir iş yığıncağına və ya dost məclisinə gedər kimi hərəkət edir və beləcə şübhə çəkmirlər. Yığıncaqlara qatılanlar arasında, Türkiyənin ən yüksək səviyyə masonları olduğu kimi, Tel-Əviv, Çikaqo və ya Paris lojası kimi xarici mərkəzlərdən gələn və həm beynəlxalq masonik qərarları yerli “qardaşlarına” deyən, həm də onlarla fikir alış-verişində olan bəzi xarici masonlar da iştirak edir. Əgər bu məkanlarda detallı bir araşdırma edilsə, təşkilatın qeyri-qanuni fəaliyyətlərinə, xarici əlaqələrinə dair bir çox sənəd ortaya çıxacaq.
Bu gizli lojaların pərdəsini bir az olsun aralayan əhəmiyyətli hadisə isə, bu lojalarda edilən bəzi qəribə ayinlərin mediaya əks olunması olmuşdur.
Bu ayinlər, bundan 6 əsr əvvəl Kilsə tərəfindən qadağan edilən “Məbəd Cəngavərləri” təriqətinin, hal-hazırdakı Türkiyədə hələ də yaşadığını və 6 əsr əvvəlki azğın ayinləri hələ tətbiq etdiklərini göstərir.

