And olsun dağa! And olsun yazılmış Kitaba – nazik dəri üzərində olan Kitaba! And olsun Beytulməmura! And olsun yüksək tavana! And olsun alovlanan dənizə! Rəbbinin əzabı hökmən vaqe olacaqdır. Heç nə onun qarşısını ala bilməz. O gün göy şiddətlə sarsılacaq, dağlar da hərəkətə gələcəkdir. O gün vay halına haqqı yalan sayanların! O kəslər ki, yalan bataqlığında əylənirlər. O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar. Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur! Bəlkə bu da sehrdir, siz görmürsünüz? Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”. (Tur surəsi, 1-16)
Tur Surəsi, 1-16-cı Ayələr
