Tövratda Allahın birliyi (1-ci hissə)

“Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur.” (Yeşaya, 45/6)

“Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur!” (Yeşaya, 46/9)

“Ta ki yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allahdır, Ondan başqası yoxdur.” (1 Padşahlar, 8/60)

“Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur!” (Yeşaya, 45/22)

“Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur.” (Yeşaya, 45/14)

“Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.” (Qanunun Təkrarı, 6/4)

“Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək. Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!” (Zəbur, /9-10)

“Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.” (Yeşaya, 37/16)

“Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!” (Yeşaya, 37/20)

“(Allah) Bütün şeyləri yaradan, göyləri təkcə yayan, təkbaşına yer üzünü sərən…” (Yeşaya, 44/24)

“Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.” (Yeşaya, 64/4)

“Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu.” (Yeşaya, 45/18)

“Məndən başqa Allah, ədalətli Allah və qurtarıcı yoxdur. Məndən başqası yoxdur.” (Yeşaya, 45/21) “İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz.” (Qanunun təkrarı, 32/39)

“Allahımız Rəbbə bənzəri yoxdur!” (Çıxış, 8/10)

“Nə yuxarıda göydə, nə də aşağıda yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.” (1 Padşahlar, 8/23) (2 Səlnamələr, 6/14)

“Asa Allahı Rəbbi çağırıb dedi: Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur.” (2 Salnamələr, 14/11)

“Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.” (Yeşaya, 43/11)

“… Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.” (2 Şamuel, 7/22)

“Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur!” (1 Şamuel, 2/2)

“Çünki əzəmətli, xariqələr yaradan Sənsən, yeganə Allah Sənsən!” (Zəbur, 86/10)

“Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!” (Nehemya, 9/6)

“Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur.” (Qanunun təkrarı, 4/35)

“Siz Mənim şahidlərimsiniz! Məndən başqa Allah varmı?” (Yeşaya 44/8)