Məşhur tarixçi İbn Kəsir özünün “Tarix” əsərində yazır: Yəhudilərin əlində olan Tövratda belə bir məzmuna rast gəlinir: Uca Allah İbrahimə İsmayılın doğulacağı müjdəsini verdi və bildirdi ki, İsmayıl və onun övladları vasitəsilə nəsli artacaq, çoxalacaq və onların arasından 12 çox dəyərli böyük şəxsiyyət zühur edəcəkdir.
İbn Kəsir bunu nəql etdikdən sonra əlavə edir: İbn Teymiyyə demişdir ki, bu çox dəyərli böyük insanlar Cabir ibn Səmurənin rəvayət etdiyi hədisdə zühur edəcəyi və bu İslam ümməti içində ard-arda gələcəkləri müjdələnən 12 nəfərdir və dünya ancaq onların zühurundan sonra sona çatacaq. Daha sonra İbn Kəsir öz düşüncəsini belə açıqlayır:
“Müsəlman olan yəhudilərin əksəriyyəti imamların Tövratda müjdələnən həmin 12 nəfər olduğunu zənn edərək şiə olmuşlar.” (Tarih-i İbn Kesir, cild 6, səh. 249)
İbn Kəsirin bəhs etdiyi bu müjdə yəhudilərin əlindəki Tövratın “Tekvin” (“Yaradılış”) kitabının 17-ci fəslinin 18-20-ci cümlələrində yer alır. Bu müjdənin ibranicə əslində “Rəbb”in İbrahimə sözü olaraq verilir və belə deyilir:
“…İsmayıla bərəkət verəcəyəm, onu yetişdirib böyüdəcək, övladlarını çoxaldacağam; onun soyundan 12 imam törədəcək, böyük bir ümmət meydana gətirəcəyəm.”
Tövratdakı bu hissə Hz. İsmayılın nəslinin çoxluğuna, hər yeri əhatə etməsinə və bərəkətinə işarə edir. İbranicədəki “şenim aşar” kişi cinsinə aid sifət, sonundakı “yem” şəkilçisi isə cəm şəkilçisidir; “nesiyem” sözü isə imamlar, rəhbərlər, xəlifələr, liderlər kimi mənalara gəlir ki, bunun da tək forması “imam, lider” mənasını verən “nasi”dir. Bu müjdədə “Rəbb”in İbrahimə müjdəsi isə belə ifadə olunur:
“Fi tentiyf quy-ı qedul” ifadəsinin ilk hissəsi iki birləşmədən ibarətdir; yəni “fi” təyinedicisi və “naten” (yaradar, yaxud: edərəm mənasında) felindən əmələ gəlmişdir. “Netetif” sözünün sonundakı “Yef” əvəzliyi İsmayıla aid edildiyi üçün bu mənaya gəlir: “Onu təyin etdim.” “Ümmət” mənasını verən “quy” və “böyük” mənasına gələn “qedul” birlikdə bu anlamı daşıyır: “Onu böyük bir ümmət edərəm.”
Buradan belə bir nəticə çıxarılmışdır: Bərəkət və nəslin artımı yalnız Hz. İsmayılın nəslinə aid edilmiş və açıq şəkildə Hz. Peyğəmbər və 12 imam nəzərdə tutulmuşdur. Çünki Hz. Peyğəmbər və onun Əhli-beyti Hz. İsmayılın nəslinin davamçılarıdır. Bilindiyi kimi, Uca Allah Hz. İbrahimə Nəmrudun ölkəsindən Şama hicrət etməsini əmr etmişdi. O da bu əmri yerinə yetirərək arvadı Sara və Hz. Lutla birlikdə Allahın buyurduğu şəkildə hicrət edərək Fələstinə gəldi.
Fələstində Uca Allah Hz. İbrahimə o qədər mal-mülk verdi ki, o, əllərini səmaya qaldırıb dedi: “Ya Rəbbim! Mənim övladım olmadıqdan sonra bu qədər mal-mülkü nə edim?” Bunun üzərinə Uca Allah Hz. İbrahimə “Sənə göydəki ulduzlar qədər övlad verəcəyəm!” deyə vəhy etdi.
O günlərdə Həcər Hz. İbrahimin həyat yoldaşı Saranın xidmətçisi idi. Sara Həcəri Hz. İbrahimə bağışladı; Həcər çox keçmədən hamilə qalaraq Hz. İsmayılı dünyaya gətirdi. Hz. İsmayıl dünyaya gələndə Hz. İbrahim 86 yaşında idi. Qurani-Kərim Hz. İbrahimin Uca Allahdan bu istəyini belə nəql edir:
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. (İbrahim surəsi, 37)
Bu ayə də göstərir ki, Hz. İbrahim övladlarından bir qismini – ki, bunlar Hz. İsmayıl və onun soyundan törəyəcəklərdir – Məkkəyə yerləşdirmiş və Uca Allahdan onlara xüsusi bir rəhmət bəxş etməsini və onları qiyamətə qədər insanların imamı etməsini istəmişdir. Uca Allah da onun bu duasını qəbul etmiş və Hz. Məhəmmədi və onun nəslindən gələn 12 imamı onun zürriyyətində yerləşdirmişdir. Necə ki, İmam Baqir belə buyurur:
“Biz Hz. İbrahimin Allahdan istədiyi o nəslin və zürriyyətin yadigarlarıyıq!” (et-Tevhid jurnalı, sayı: 54, səh. 127)
İmamların sayı 12-dir və onlar ard-arda imamətə gəlmişlər, onlardan on ikincisinin imamət dövrü bitdikdə dünyanın da sonu gələcəkdir. Bu hədis dinin qiyamətə qədər qalacağını və bu ümmətin imamlarının 12 nəfər olduğunu bildirir. Beşinci hədisdə belə deyilir:
“Qüreyşdən olan on iki nəfər həyatda olduğu müddətcə bu din də varlığını qoruyacaq; onların dövrü tamamlandıqda dünyanın da sonu gələcək və hər şey alt-üst olacaq, qarışıqlıq və anarxiya dünyanı bürüyəcək.”
Bu hədis, 12 imam var olduqca dinin də qalacağına və onların imamətinin sona çatması ilə dünyanın ömrünün də bitəcəyinə dəlalət edir. Səkkizinci hədis isə imamların sayını 12 ilə məhdudlaşdıraraq belə buyurur:
“Məndən sonra xəlifəm olacaq şəxslərin sayı Musanın səhabələrinin sayı qədərdir.” (Şeyx Səduq (İbn Babaveyh), Hısal, səh. 467)
Bu hədis Rəsulullahdan sonra ancaq 12 xəlifə olacağına dəlalət edir; bu rəvayətlərin zahiri mənası onlardan başqa xəlifə olmayacağını, onların dövrü tamamlandıqda dünyanın nizamının da pozulacağını, hər yeri qarışıqlıq, anarxiya və qanunsuzluğun bürüyəcəyini və bunun ardınca qiyamətin qopacağını vurğulayır.

