Hud surəsi, 49. Allah deyir ki; “Bu halda səbir et.” Müsəlman həmişə yaxşılıq edərsə, gözəllikdə olsa, buna səbir deyilir. “Səbir et. Şübhəsiz,” “şübhə etməyin” deyir Allah. “Gözəl olan nəticə təqva sahiblərinindir.” Kim İslama, Qurana qarşı diqqətlidirsə, gözəl nəticə dünyada da, axirətdə də onların olacaq deyir, Allah müjdə verir, inşaAllah.
Hud surəsi, 61-ci ayə; “Elə isə Ondan bağışlanma diləyin, sonra Ona tövbə edin.” Allaha tövbə edin. “Şübhəsiz, mənim Rəbbim, yaxın olandır, (duaları) qəbul edəndir.” Tövbə etmək bərəkətdir, qəlbə rahatlıq verər, Allah insanın üzərindəki ağırlığı qaldırar, rahatlıqdır. Tez-tez tövbə etmək çox əhəmiyyətlidir. Qəlbi rahatlaşdıran, ağlı açan bir gözəllikdir. Allah qəlbi açar və Allahın razılığına uyğun bir hərəkətdir. “Allahın kəkilindən tutub-nəzarət etmədiyi heç bir canlı yoxdur.” Böcəklər, viruslar, bakteriyalar daxil, “hamısına Mən nəzarət edərəm” deyir Allah.

