Titanikdəki ibrət

Vaxtı ikən “Tanrının belə batıra bilməyəcəyi gəmi” adlandırılan Titanik, ingilislərin qüruru olaraq göstərilirdi. Titanikə əsla batmayacaq gəmi kimi baxdıqları üçün də, özləri ilə çox az sayda xilasedici qayıq götürmüşdülər. Və nəticədə buz dağına dəyən Titanikdəki 2.200 sərnişindən sadəcə 700 sərnişin xilas ola bilmişdi. 1.500 sərnişin faciəvi şəkildə Atlantik Okeanın buzlu sularında çırpınaraq can verdi. Titanikin sərnişinləri var-dövlətləri ilə qürrələnən İngiltərə zənginlərindən və zadəganlarından ibarət idi. Bu hadisə pulun, zənginliyin, var-dövlətin, şan-şöhrətin Uca Allahın gücü qarşısında heç bir işə yaramadığını bizlərə göstərən tarixi hadisədir. Titanik faciəsi var-dövləti ilə qürrələnən, tək mütləq güc sahibinin Allah olduğunu unudanların, necə böyük fəlakətlərlə qarşılaşa biləcəklərini göstərən ibrət dolu hadisədir.