Timsah dərisi və “fiberglass” texnologiyası

Şüşə lif nəqliyyat vasitələrində çox vaxt istifadə edilən bir materialdır. Şüşə lifin bu qədər əhəmiyyətli olmasının səbəbi fərqli quruluşa malik üst-üstə düzülmüş fayların (qatların) sahib olduğu xüsusiyyətlərdir. Yüngül, elastik və möhkəm olan şüşə lif 20-ci əsrdə istifadə edilməyə başlanmışdır.

Ancaq bu material timsahların bel hissəsində yerləşən əzələ toxumalarında yaradıldıqları ilk gündən bəri mövcuddur. Timsahların şüşə lif ilə eyni quruluşa sahib olan dərisi onları ox, bıçaq, hətta güllə ilə yaralanmaqdan müdafiə edir. Bu dəri qatının bu cür möhkəm olmasının səbəbi eyni ilə şüşə lifdə olduğu kimi toxumaların arasına kimi daxil olub dəriyə möhkəmlik verən kollagen zülalından ibarət liflərdir. Allah timsahları və onlardakı kollagen zülalından ibarət olan dərini mövcud olduqları ilk gündən bəri qüsursuz olaraq yaradandır.