Təvəkkülsüzlüyün insan ruhunda yol açdığı zərərlər nələrdir?

Təvəkkül insanın hər işində Allaha güvənib arxalanması, yeganə qoruyucusunun Allah olduğunu bilərək Ona təslim olması deməkdir. Hadisələrin hər zaman Allahın nəzarəti altında baş verdiyini bilən möminlər, Allahın Özünə iman edənləri daim dəstəklədiyini və onlara kömək etdiyini də bilərlər. Belə bir ruh halını yaşayan insanın qəlbi həmişə rahatlıq və arxayınlıq içində olar.

Təvəkkül etməyən, özünü Allaha təslim etməyən insanlar isə həyatını böyük qorxu, narahatlıq, sıxıntı, təşviş, etibarsızlıq, narazılıq, hərislik, qəzəb, depressiya, peşmançılıq və qısqanclıq kimi hisslər içində keçirərlər. Allah onların inkarları səbəbindən qəlbində dərin bir sıxıntı yaradar. Təvəkkülün verdiyi rahatlığı, hüzuru və mənəvi rahatlığı onlara nəsib etməz.

Allaha güvənib arxalanmayan insanların qəlbində yaranan bu sıxıntı Quranda belə təsvir edilir:

Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman etməyənləri bu şəkildə əzaba məruz qoyar. (Ənam surəsi, 125)

Allaha şərik qoşmadan həniflər (Allahın birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır. (Həcc surəsi, 31)