İnsanın ağlını örtən ən əhəmiyyətli mövzulardan biri də təvəkkülsüzlük, ya da bir başqa ifadə ilə insanın Allaha etibar etməsi və onun üçün yaratdığı taleyə təslim olmamasıdır. Təvəkkülsüz bir insan, Allahın sonsuz ağla sahib olduğunu və kainatdakı hər hadisəni, hər varlığı iradəsi altında tutduğunu unutmuşdur. Bu səbəblə də ağlı örtən bütün digər faktorlarda olduğu kimi hadisələri düzgün qiymətləndirə bilməz və həqiqətləri tam olaraq görə bilməz.
Halbuki Allah yaratdığı bütün varlıqlar üzərində nəzarətçi və qoruyucudur. Onlar səhv etsələr də, unutsalar da, Allah hər hadisəni müəyyən tale üzərinə yaratmaqda və bu hadisələrlə insanları sınaqdan keçirməkdədir. Bu səbəbdən bir insanın həyatı boyunca qarşılaşdığı hər hadisəni, Allah xüsusi bir hikmət və xeyirlə yaratmaqdadır. Allah insanları bu mövzuda belə xəbərdar etmişdir:
…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. (Bəqərə surəsi, 216)
Məhz Allahın bu ayəsinə iman edən və hər hadisənin ardında mütləq xeyir və hikmət gizli olduğunu qavrayan təvəkküllü insandır. Bu insan ilk baxışda əleyhinə kimi görünən bir vəziyyətlə qarşılaşsa belə, əslində bunun dünyada və axirətdə xeyir gətirəcəyini bilər və bu dərrakə ilə hərəkət edər. Hadisələri təvəkkülsüzlüklə qiymətləndirmədiyi üçün mühakiməsi son dərəcə sağlam şəkildə çalışar və beləliklə ağıllı qiymətləndirməyi bacarar. Təvəkkülsüz bir insan isə Allahın hadisələri xüsusi olaraq onu sınamaq üçün yaratdığını unudar və ağılla düşünməkdən tamamilə uzaqlaşar.
Təvəkküllü insan isə, hər hansı bir hadisədə sahib olduğu bütün mal varlığı yox olsa belə, heç bir zaman ümidsizliyə qapılmaz. Allahın verdiyi bir neməti yenə Allahın aldığı və bunu təvəkkül edib etməyəcəyini sınamaq üçün yaratdığını bilər.

