Təvəkkül, yer üzündəki bütün hadisələrin Allahın idarəsində reallaşdığını, O diləmədən heç kəsin ona fayda və ya zərəri olmayacağını bilən insanın, Allaha güvənməsidir. Möminlər Allahın hər şeyə qadir olduğunu, Onun tək bir “Ol” deməsiylə hər şeyin reallaşmasının mümkün olduğunu bilirlər və qarşılaşdıqları çətinliklərdə əsla ümidsizliyə düşməzlər. Nə şərtlər altında olursa olsun, Allahın özlərinə mütləq kömək edəcəyini, dünyada və axirətdə asanlıq diləyəcəyini bilirlər. Bundan qaynaqlanan daxili hüzur və sevinc içərisində həyatlarını davam etdirərlər.
Möminin üzərinə düşən, hadisələr qarşısında yalnız Allahın istədiyi reaksiyaları vermək, nəticəsini isə Allahdan gözləməkdir. Ayələrdə, yalnız inananların qavraya bildiyi bu böyük sirr belə ifadə edilir:
… Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

