Təvəkkül, yer üzündəki bütün hadisələrin Allahın idarəsində reallaşdığını, O diləmədən heç kəsin ona fayda və ya zərəri olmayacağını bilən insanın, Allaha güvənməsidir. Möminlər Allahın hər şeyə qadir olduğunu, Onun tək bir “Ol” deməsiylə hər şeyin reallaşmasının mümkün olduğunu bilirlər və qarşılaşdıqları çətinliklərdə əsla ümidsizliyə düşməzlər. Nə şərtlər altında olursa olsun, Allahın özlərinə mütləq kömək edəcəyini, dünyada və axirətdə asanlıq diləyəcəyini bilirlər. Bundan qaynaqlanan daxili hüzur və sevinc içərisində həyatlarını davam etdirərlər.
Möminin üzərinə düşən, hadisələr qarşısında yalnız Allahın istədiyi reaksiyaları vermək, nəticəsini isə Allahdan gözləməkdir.
… Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
