Allaha təvəkkül etmək, yer üzündəki bütün hadisələrin Onun nəzarəti altında baş verdiyini və Onun iradəsi olmadan heç kimin heç kimə fayda və ya zərər verə bilməyəcəyini bilərək, Allaha güvənməkdir. Möminlər Allahın hər şeyə qadir olduğunu, Onun tək “Ol” əmri ilə hər şeyin mümkün olduğunu bilirlər və çətinliklər qarşısında heç vaxt ümidsizliyə qapılmazlar. Allahın, şəraitdən asılı olmayaraq, onlara mütləq kömək edəcəyini və onlara bu dünyada və axirətdə rahatlıq verəcəyini bilərlər. Onlar həyatlarını bundan qaynaqlanan daxili rahatlıq və sevinclə yaşayarlar.
Möminin vəzifəsi hadisələrə yalnız Allahın istədiyi kimi reaksiya vermək və nəticəni Allahdan gözləməkdir. Yalnız möminlərin dərk edə biləcəyi bu böyük sirr ayələrdə belə ifadə olunur:
… Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

