Təvəkkül edən insan çox rahat yaşayar

Təğabun surəsi 11-ci ayə, “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz”

Təğabun surəsi 11-ci ayə, “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz”. Yəni hər hadisə taledə öncədən təyin edilmişdir. Kim Allaha iman etsə, onun qəlbini haqqa yönəldər. Yəni Quranı, İslamı yaşamaq ruhuna yönəldər. “Allah hər şeyi bilir”. Yəni dünyadakı bütün elmləri, insanların bilmədiyi bütün elmləri də, hər şeyi, hər cür elmi biləndir.

“Allaha və Onun Elçisinə itaət edin!” Allaha itaət edin, Qurana tabe olun, elçiyə itaət edin. Axırzamanda hz. Mehdi (ə.s) zühur etdikdən sonra elçi o olacaqdır. “Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir”. Yalnız həqiqəti çatdırmaq, izah etmək. Yəni, elçi “təzyiq göstərməklə mükəlləf deyildir” -deyir. Buna görə də, İslamda təzyiqin olmamasına, şiddətin olmamasına dəlildir bu. Yalnız təbliğ edir, haqqı çatdırır. Əməl edən edər, etməyən etməz. İstəyən inanar, istəyən inanmaz. Mən də doğru bildiklərimi paylaşıram bu səhifələrdə, kimsəyə məcbur etmirəm.

“Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər”. Yəni həqiqətən Allaha təvəkkül edən bir insan olduqda, içi inanılmaz dərəcədə rahatlayar. Təvəkkülü unudarsa, dünya onun üzərinə çökər. Dünyadakı ən böyük gözəllik təvəkkül və imandır.

“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır”. Məsələn, bəzən həyat yoldaşı, bəzən uşağı, yəni ailə üzvləri bəzən bir-birinə düşmən olurlar. Məsələn, atası oğluna, oğlu anasına, anası öz oğluna. Yəni, hər bir ailə üzvü eyni inancda, eyni düşüncədə olmaz. Məsələn, oğlu zombi olar, atası ruh sahibi olar, və ya tam tərsi də ola bilər. Ona görə insanlar cənnətə ailəcə girməzlər. Quran ona diqqət çəkmişdir.

“Onlardan özünüzü qoruyun!” Yəni anormallıq etmələrindən, psixopatlıq etmələrindən özünüzü qoruyun. “Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir”. Bağışlamağın daha üstün olduğunu deyir Allah. Yəni müsəlman onlardan özünü qoruyur amma bağışlayır, qüsurlarını üzlərinə vurmur və qüsurlarından keçir.

I “Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır”. Allah beynimizin içində bir mal-mülk yaradır və yaxud bir uşaq yaradır, adam da uşağı özü yaratdı zənn edir, malını özü qazandı zənn edir. Halbuki malı da, uşağı da onun beynində Allah yaradır. Məsələn yemək yeyərkən də, qoxunu və dadı Allah beynimizdə meydana gətirir. Beyinin şərhidir. Allahın yaratması ilə olur. Yoxsa yeməyin heç bir mənası olmaz. Doyma hissi, aclıq hissi tamamilə Allah tərəfindən verilir, beyinə verilir, yəni ruhda hiss edilir.

“Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır” -deyir Allah. Yəni, “bu görüntü ilə sizi sınağa çəkirəm” -deyir Allah. Yəni TV ekranı kimi. Məsələn, filmdə pul göstərilir, bunlar mənimdir deyir. Uşaq rəsmi göstərilir, bu uşaq mənimdir deyir. Necə əmələ gəldi bu uşaq deyirsən. Bunları mən yaratdım deyir. Görüntünü kim oraya gətirdi deyirsən? O məni maraqlandırmaz, onu mən yaratdım deyir. O malı kim görüntü halına gətirdi, o görüntünü sənə kim göstərir deyirsən. Mənim ağlımla, mənim zəkamla oldu deyir. Sənin ağlını, zəkanı kim yaratdı deyirsən. O da məni maraqlandırmaz, onu da mən yaratdım deyir.

“Böyük mükafat isə Allah yanındadır”. “Gözəl davransanız ən gözəl qarşılığı verərəm” -deyir Allah. “Nə qədər bacarırsınızsa Allahdan qorxun. Elçiyə qulaq asıb itaət edin”. Yəni, “gücünüzün çatdığı qədər, ən son mərhələyə qədər Allahın varlığına inanın, iman həqiqətlərini öyrənin, Allahın dəlillərinə baxın, var gücünüzlə bunu edin, Allahı çox sevin və haqqıyla Allahdan qorxun” -deyir Allah. “Qulaq asıb itaət edin”. Doğru bir şey deyildiyi, haqq olan bir şey olduğu vaxt dinləyin və “itaət edin”. Yəni, “səmimi olun” -deyir Allah.