Təvəkkül Allaha sevgidir

Allaha dərin hörmətlə tam boyun əymək lazımdır

Allaha dərin hörmətlə tam boyun əymək lazımdır. Bir şeyə “niyə?”, “nə üçün olmadı?” deyə hirslənmək Quran əxlaqına ziddir. Quran əxlaqına uyğun olmaz. Hadisələri hər zaman təvəkküllə düşünmək, Allaha hörmətlə boyun əymək Quran əxlaqıdır. Bu Allaha olan sevginin gərəyidir, yəni Allah bir şey edəcək, insan bəyənməyəcək, haşa. Bu nə qədər ağır bir sözdür. Yəni sevgilidən sənə gözəl bir şey gəlir, mən bunu bəyənmədim deyirsən. Sevgilidən gələn hər şey çox gözəldir. Allahdan gələn hər şey gözəldir, hamısında xeyir vardır.

Baş verən hadisələrə şər gözü ilə baxmamalıyıq. Məsələn, durduq yerə xəstələnərsən, yəni Allahın səni sınaması lazımdır, sevgin necə ortaya çıxacaq? İnsan sevdiyi üçün çətinliyə dözmürsə, cəfa çəkmirsə, iradə göstərmirsə, hər hansı əmək sərf etmirsə sevgisini necə anlayarsan?

Məsələn, fərz edək ki, sevdiyi üçün yuxusundan keçmir. Mən yatıram deyir. Bu sevgidə olmaz. Sevgidə yuxusundan imtina etməlidir. Məsələn, insan soyuqda qalar, sevdiyinin istidə qalmasını istəyər. Ac qalar, onun yemək yeməsini istəyər. Bu sevgidir.