Təvazökar insan necə olmalıdır?

Təkəbbürlənmənin əksinə təvazökar insan, sahib olduğu hər şeyi ona Allahın bir nemət və sınaq olaraq verdiyini bilir. Aciz və möhtac bir insan olduğunun, Allahın diləməsi xaricində heç bir şeyə güc çatdıra bilməyəcəyinin fərqindədir. Bu səbəblə, hər zaman Allaha dönüb yönələn, hər nemətə şükür edən bir insandır. Allah möminlərin təvazökar rəftarını tərifləmişdir:

“Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: ‘Salam!’ – deyərlər.” (Furqan surəsi, 63)