Termitlər sellüloz olan ağac qabıqlarını yeyir, amma həzm edə bilməzlər. Bunun üçün köməyə ehtiyacları vardır. Ümumiyyətlə, termitlərin bağırsaqlarında bakteriyalar və ya “protozoylar” adlanan kiçik canlılar yaşayır. Bu kiçik canlılar termitlər əvəzinə sellülozu əzib həzm edirlər. Bağırsaqlarında sellülozu həzm edən protozoylar və ya bakteriyalar yaşamayan termitlər qidalana bilmədikləri üçün ölürlər. (Nat. Wildlife Fed, Ranger Rick, yanvar, 1993)
Termitlərin bədənlərində yaşayan protozoylar
