Ətrafınızdakı insanların əksəriyyətinə baxın. Neçə adam Quranla maraqlanıb oxumuşdur?
Belə düşünmək lazımdır: Allah insanlara kitab göndərir və insanlara bu kitabdan məsul olduqlarını, öldükdən sonra bu kitabın içində yazılanlara əməl edib-etmədiklərinə görə hesaba çəkiləcəklərini və nəticəyə görə cənnətə və ya cəhənnəmə girəcəklərini bildirir. İnsanlar bu həqiqəti vicdanlarına üz tutaraq anlamasalar belə birindən eşidər və bunu hər kəs bilər. Amma buna baxmayaraq Quranı oxumurlar. Məsul olduqları kitabın içində nələr yazdığı ilə belə maraqlanmırlar.
O zaman belə nümunə verək: Bir adama iş yerindən və ya məktəbindən məktub gəlsə və üzərində içində yazılanların karyerası və ya təhsili baxımından çox əhəmiyyətli olduğunu yazsa… Və bu məktubu oxuyub ertəsi günə qədər içində yazılanları əskiksiz olaraq etməsi bildirilsə, bu məktubu nə edər? Heç içinə baxmadan divaramı asar, siyirtməsindəmi saxlayar və ya oxuduqdan sonra kənara qoyub içində yazılanları görməzlikdənmi gələr? Yoxsa bu xəbər və məktub özünə çatar-çatmaz böyük həyəcan və diqqətlə hər sətrini oxuyar, hər yazılanı anında əskiksiz olaraq tətbiqmi edər?
Ağılı və sağlam düşüncəsi bu mesajı oxumasını söyləyəcək. Quran da insanın dünya həyatında alacağı ən əhəmiyyətli mesajdır; insana birbaşa onu Yaradandan gələn haqq sözdür. Ancaq insanların böyük əksəriyyəti olduqları qəflətə görə bu qədər əhəmiyyətli kitabı, Allahın insanlara mesajını açıb oxumazlar belə.
Necə ki, Quranda insanların Allahın endirdiyi kitabı tərk etdikləri bu ayədə bildirilir:
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər. (Bəqərə surəsi, 101)
Yuxarıdakı ayədə, “guya bilmirmiş kimi” ifadəsi istifadə edilərək, insanların bildikləri halda Allahın Kitabını görməzlikdən gəldikləri vurğulanır. Hər kəs vicdanında Quranı oxumalı və tətbiq etməli olduğunu bilir, ancaq əksəriyyət bu həqiqəti görməzlikdən gəlir. Bu isə insanların vicdanlarına tabe olmamalarından qaynaqlanır.

