Təravih namazı yalanı

İslama sonradan daxil edilən və bidat olan təravih namazı, saxta mənbələrə görə Peyğəmbər

İslama sonradan daxil edilən və bidat olan təravih namazı, saxta mənbələrə görə Peyğəmbər tərəfindən “nadir hallarda” qılınmışdır. Bəzi mənbələrə görə, heç vaxt icra olunmayıb. Bəzi mənbələr təravih namazlarının mütəmadi olaraq qılındığını bildirir. Yenə bəzi mənbələrə görə bu namaz 8-10 rükət, digər mənbələrə görə isə 20 rükətdir. Hətta bəziləri 40 rükət olaraq qılırlar. Bütün bu dezinformasiyalar arasında onu da xatırlamaq lazımdır ki; Təravih namazı “fərz” namaz deyildir. Yəni ki Allahın əmri deyildir.

Allahın hökmü sadəcə vaxt namazlarıdır, yəni gündəlik ibadətlər (namaz, təsbihat və dua), bunlardan əlavə ibadət yoxdur, heç vaxt da qılınmamışdır. Cümə, təravih, təvəccüd, ölü və s. Namazların hamısı bidatdır, islamla əlaqəsi yoxdur, heç bir savabı da yoxdur, əksinə bunları etmək günahdır. Deyə bilər siz ki, namaz qılmağın nə günahı ola bilər ki? Çünki Allah əmr etmədiyini Allahın əmri kimi demək və əməl etmək Allah adına yalan söyləməkdir və münafiq əlaməti sıyıldığına görə böyük günahdır. Bunu edənlər tövbə etməli və tərk etməlilər. Eynilə hicabın Allahın əmri olmadığı olduğu halda Allah adına yalan deyərək, Allahın əmri olduğunu demək də, eynilə böyük günahdır. Çünki münafiq xarakterlərindən birisi Allah adına yalan danışmaqdır.

O zaman kimin əmridir bu? Allahdan başqa kim hökm verə bilir? Allahın peyğəmbəri öz başına hökm verə bilər mi? Təbii ki, Xeyr! Əsla belə bir şey mümkün deyildir. Bu barədə Quranda ayə nazil olmuşdur:

Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı, Biz onun gücünü və qüdrətini əlindən alardıq. Sonra onun şah damarını qopardardıq. Sizdən heç kəs də buna mane ola bilməzdi. (Haqqə surəsi, 44-47)

Görüldüyü kimi, hz. Məhəmməd heç vaxt özündən hökm verməmişdir və buna icazəsi də olmamışdı. O sadəcə Qurana baxaraq, sadəcə Quranda yazılan hökmlərə görə islamı yaşamışdır, nə azaltmış və nə də özündən artırmışdır.

Ən maraqlısı isə gündəlik ibadətləri etməyən insanlar belə gecə məscidlərə gedib bu namazı qılırlar. Allaha və İslama olan hörmətsizlik sayılır bu əslində, çünki Allahın Quranda bildirdiyi hökmlərinə əməl etməyib də, sonradan hansısa bir insanın uydurduğu bir şeyi islam adı altında əməl etmək səmimiyyətsizlikdir sadəcə.

İslam dininə gətirilən bidatlar (əlavələr) yalnız sevgili peyğəmbərimizin vəfatından sonra, əsasən də münafiq olan Müaviyə və münafiq oğlu Yezid tərəfindən qurulan Əməvilər dövründə saxta hədislər yazılaraq başladı. Haqq İslam dinini 73 yerə parçalayan şeytan və onun adamları da Allahın Quranda bizlərə bildirdiyi fərzlərə əməl etməyib, özlərindən uydurma xurafatlar yazdıraraq bunları Allah adından olduğu yalanı ilə cahil insanlara təlkin edirlər.

Allahı qoyub ibadət etdikləriniz sizin və atalarınızın (uyduraraq bütlərə) qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir. (Yusif surəsi, 40)

Ey insanlar, şübhəsiz ki, Allahın vədi haqdır. Elə isə, dünya həyatı sizi aldatmasın və aldadıcı(lar) da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın. (Fatir surəsi, 5)

Peyğəmbərimiz də, insanları “Allah ilə Aldadan” münafiqlərin Axırzamanda çıxacağını bizlərə bildirir.

“Bəzi insanlar şərqdən peyda olacaq, Qurani-Kərim oxuyacaqlar, amma Qurani-Kərim onların boğazından aşağı keçməyəcək. Bir ov heyvanını ox deşdiyi kimi, onlar dini tərk edəcəklər; Bir ox öz ipinə qayıtmadığı kimi, onlar da dinlərinə qayıtmayacaqlar. Onların əlaməti BAŞLARI KEÇƏLDİR”. (Buxari, Tövhid 57)

“Ümmətimdən BAŞLARI SARIQLI 70 MİN İNSAN DƏCCALA TABE OLACAQ. (Əbu Bəkr Abdurrazzak ibn Hemmam, Abdurrazzak es Sanani, El Musaannaf, XI, 393)

Bu hədislərdən də göründüyü kimi, başı sarıqlı yəni din alimi, hocası və ya şeyxi olmalarını göstərir və başı keçəldir. Hal hazırda dünyanın demək olar hər yerində islam məzhəb və təriqətlərinin şeyx, hoca və alimlərində bu əlamətləri görmək mümkündür.